Modern.az

Kooperasiya Universitetində "Məzun günü" - FOTO

Kooperasiya Universitetində "Məzun günü" - FOTO

Aktual

Bu gün, 13:42

Azərbaycan Kooperasiya Universitetində "Məzun günü" münasibətilə konsert proqramı və mükafatlandırma mərasimi təşkil olunub.

Modern.az xəbər verir ki, iyunun 30-da universitetin həyətində keçirilən tədbirdə müəllimlər, valideynlər və məzun tələbələr iştirak ediblər.

Tədbiri universitetin Tədris işləri üzrə prorektoru, professor Fikrət Quliyev açıq elan edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Bildirilib ki, hər tədris ilinin sonunda keçirilən sorğuların nəticələrinə əsasən tədris ilini uğurla başa vuran struktur bölmə rəhbərləri, yüksək akademik göstəriciləri ilə fərqlənən müəllimlər və tələbələr arasında "İlin dekanı", "İlin şöbə müdiri", "İlin kafedra müdiri", "İlin müəllimi" və "İlin tələbəsi" nominasiyaları üzrə qaliblər müəyyən edilir.

Bu il də ənənəyə uyğun olaraq universitetdə professor-müəllim heyəti və tələbələr arasında sağlam rəqabət mühitinin gücləndirilməsi, onların mənəvi cəhətdən stimullaşdırılması məqsədilə 2025/2026-cı tədris ili üzrə qaliblərə mükafatlar təqdim olunub.

Tədbir daha sonra bədii-konsert proqramı ilə davam edib.

Sizə yeni x var
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada