Modern.az

Vardanyanın dostunu Azərbaycana dəvət edən KİMDİR...

Vardanyanın dostunu Azərbaycana dəvət edən KİMDİR...

Aktual

Bu gün, 13:06

Amerikalı esseist və risklərin idarə olunması üzrə mütəxəssis Nassim Nikolas Taleb Azərbaycandan mühazirə üçün dəvət aldığını, lakin bu təklifi qəbul etmədiyini açıqlayıb. O, paylaşımında dəvəti göndərən qurum və ya təşkilatın adını açıqlamayıb.

Modern.az xəbər verir ki, Taleb bu barədə X sosial şəbəkəsində paylaşım edib.

"Məni Azərbaycana mühazirə oxumağa dəvət etdilər. İmtina etdim. Onlar təkliflərini xeyli artırdılar, lakin mənim etik prinsiplərimi anlamadılar və düşündülər ki, bu, qərarımı dəyişəcək", – deyə o yazıb.

Onun paylaşımında dəvəti hansı dövlət qurumunun, universitetin və ya təşkilatın etdiyi barədə məlumat yer almayıb.

Qeyd edək ki, Ruben Vardanyan Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə, terrorçuluq, qanunsuz silahlı birləşmələrin yaradılması və digər ağır cinayətlərdə ittiham olunub. Bakı Hərbi Məhkəməsinin hökmü ilə o, 20 il müddətinə azadlıqdan məhrum edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Rusiya azərbaycanlıların obyektini bombaladı