Fitch Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxaraq Bankın Uzunmüddətli emitentin defolt reytinqini BB səviyyəsindən BB+ səviyyəsinə yüksəldib. Eyni zamanda, ABB-nin Dayanıqlılıq reytinqi bb səviyyəsindən bb+ səviyyəsinə yüksəldilib. Reytinq proqnozu Stabil olaraq müəyyənləşib.
Bu, Fitch-in son 15 ildə ABB-yə verdiyi ən yüksək reytinqlərdir. Ümumilikdə isə hazırda ABB-nin beynəlxalq reytinqləri ölkənin maliyyə sekorunda ən yüksək reytinqlər sayılır.
Reytinqin yüksəldilməsi ABB-nin maliyyə profilinin güclü qalması və risk profilinin yaxşılaşması ilə bağlıdır. Fitch ekspertlərinin rəyinə görə, Bankın bazar mövqeyi güclü, balans strukturu dayanıqlı, maliyyə göstəriciləri möhkəmdir. Ortamüddətli perspektivdə Bankın kredit portfeli artmaqda davam edəcək, aktivlərinin keyfiyyəti və gəlirliliyi isə yüksək səviyyədə qalacaq.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi //abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.