Modern.az

Zəngilanda yaşıllıqlar qanunsuz kəsilib

Zəngilanda yaşıllıqlar qanunsuz kəsilib

Aktual

7 Avqust 2026, 16:40

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri və Zəngilan rayonu ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktlarını aşkarlayıb.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Araşdırma zamanı Bakı şəhəri Sabunçu rayonu, Böyükşor-Pirşağı avtomobil yolunun kənarında, Xətai rayonu, Kazımağa Kərimov küçəsində, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində və Zəngilan rayonu Gəyəli kəndi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 83 840 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı