Modern.az

Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Aktual

Bu gün, 12:23

Avqustun 10-da gözlənilən hava şəraiti açıqlanıb.

Modern. az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 32-37° isti, dağlarda gecə 15-20° isti, gündüz 22-27° isti olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan Rusiyanı dəli edən çıxış - Bakıya mesaj göndərdi - Gündəm Masada