Modern.az

Qəbələdə 10 ildə ASANlaşan 1 milyon 500 mindən çox müraciət

Qəbələdə 10 ildə ASANlaşan 1 milyon 500 mindən çox müraciət

Aktual

Bu gün, 12:55

Qəbələ regional “ASAN xidmət” mərkəzi Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 10 avqust 2016-cı il tarixində açılıb. 20 avqust 2016-cı il tarixindən fəaliyyətə başlayan mərkəz Qəbələ, İsmayıllı, Oğuz, Qax, Zaqatala, Ağsu, Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında qeydiyyatda olan 830 minə yaxın vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir.

Modern.az xəbər verir ki, mərkəzdə dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 400-ə yaxın xidmət göstərilir.

Fəaliyyət göstərdiyi müddət ərzində Qəbələ regional “ASAN xidmət” mərkəzinə 1 miliyon 505 minə yaxın vətəndaş müraciəti qeydə alınıb.

Mərkəzdə vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş “ASAN kafe”, uşaqlar üçün əyləncə guşəsi də mövcuddur.

Fəaliyyət göstərdiyi müddət ərzində mərkəzdə 900-ə yaxın könüllü məzun olub.

Hazırda 28 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən, Salyan, Naxçıvan, Lənkəran və Şuşadadır.

Bu günədək “ASAN xidmət” mərkəzlərinə 9 milyon 200 mindən çox vətəndaşın 100 milyondan çox müraciəti daxil olub.

Rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8 % təşkil edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Ukrayna Tatarıstanı bombaladı