Modern.az

Ermənistan "Qarabağ ideologiyası"ndan İMTİNA ETDİ

Ermənistan "Qarabağ ideologiyası"ndan İMTİNA ETDİ

Aktual

Bu gün, 13:17

Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-2031-ci illər üçün hökumət proqramında Qarabağ hərəkatının ideologiyasının yer almadığını bildirib.

Modern.az xəbər verir ki, Paşinyan hökumətin iclasında 2026-2031-ci illər üçün hökumət proqramını təqdim edərkən bu barədə danışıb.

Onun sözlərinə görə, Ermənistanın orta və yaşlı nəsildən olan, eləcə də gənc nəslin bir çox siyasi xadimi Qarabağ hərəkatının ideologiyası ilə bağlı olub. Paşinyan bunun hakimiyyət nümayəndələrinə də aid olduğunu qeyd edib.

Baş nazir bildirib ki, son illərdə hökumət “uzun illər bağlı qalan səhifələri yenidən oxumaq” qərarına gəlib. Onun sözlərinə görə, həmin səhifələrin yenidən nəzərdən keçirilməsi “sülh gündəliyinin və real Ermənistanın” formalaşmasına gətirib çıxarıb.

Paşinyan qeyd edib ki, bu yanaşma Ermənistan cəmiyyətindən də gələn müvafiq çağırışlarla əlaqəli olub.

Baş nazirin sözlərinə görə, sülh gündəliyi çərçivəsində hökumət böhran idarəçiliyindən adi idarəetməyə keçəcək. İnsan hüquqlarının möhkəmləndirilməsi, iqtisadi diplomatiya, süni intellektin yayılması ilə bağlı məsələlər və səhiyyə problemlərinə daha çox diqqət ayrılacaq.

İqtisadi diplomatiya ilə əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinin adının Xarici İşlər və Xarici Ticarət Nazirliyi olaraq dəyişdirilməsi də nəzərdə tutulur.

Proqramın yekun hissəsində dövlət ideologiyasında baş verən dəyişikliklərin dərinliyi nəzərə alınaraq, Üçüncü Respublikadan Dördüncü Respublikaya keçidin elan edilə biləcəyi bildirilir.

Hökumətdə təsdiqləndikdən sonra 2026-2031-ci illər üçün proqramın parlamentin təsdiqinə təqdim olunacağı gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Elçibəy davası pik həddə çatdı - Nemət Pənahlıdan şok açıqlamalar