Modern.az

Rusiya Qara dənizdə gəmilərə zərbələri davam etdirəcəyini bildirib

Rusiya Qara dənizdə gəmilərə zərbələri davam etdirəcəyini bildirib

Aktual

Bu gün, 16:24

Rusiya Qara dənizdə Ukrayna ordusu üçün hərbi yük daşıdığını iddia etdiyi gəmilərə zərbələri davam etdirəcək.

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, çox sayda kommersiya gəmisindən Ukrayna Silahlı Qüvvələri üçün silah, sursat və yanacağın daşınmasında istifadə olunur.

“Bu gəmilər məhv edilir və bundan sonra da məhv ediləcək”, – Kremlin sözçüsü bildirib.

Peskov qeyd edib ki, bu addımlar Rusiya–Türkiyə münasibətlərinə təsir göstərməyəcək. O, Moskvanın Qara dənizdəki zərbələrin təşəbbüskarı olmadığını iddia edib. 

Xatırladaq ki, sentyabrın 9-da Qara dənizdə dron hücumuna məruz qalan “TEDY” yedək gəmisindəki iki azərbaycanlı dənizçi – Aslan Əliyev və Asim Qasımov həlak olub. Daha iki Azərbaycan vətəndaşı yaralanıb.

Peskovun açıqlamasında “TEDY” gəmisinə hücumdan bəhs edilməyib və həmin hadisə ilə bağlı birbaşa əlaqə göstərilməyib.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...