Modern.az

Ermənilərin alban irsinə iddiasının arxasında ərazi planı dayanır - alim

Ermənilərin alban irsinə iddiasının arxasında ərazi planı dayanır - alim

Aktual

Bu gün, 10:40

Daha sonra AMEA-nın Tarix və Etnologiya İnstitutunun şöbə müdiri Ramil Ağayev çıxış edərək Qafqaz Albaniyasının tarixi, siyasi coğrafiyası və bu dövlətin Azərbaycan tarixindəki rolu barədə geniş məlumat verib.

Modern.az xəbər verir ki, o Qafqaz Albaniyasının maddi-mədəni irsinə ermənilərin sahib çıxmaq və bu irsi dünya ictimaiyyətinə erməni irsi kimi təqdim etmək cəhdləri Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı olduğunu bildirib.

Onun sözlərinə görə, məhz bu səbəbdən Qafqaz Albaniyasının yerləşdiyi ərazinin tarixi coğrafiyasının və siyasi tarixinin araşdırılması xüsusi əhəmiyyət daşıyır.

Alim qeyd edib ki, antik yunan və Roma müəlliflərinin məlumatlarına əsasən, Qafqaz Albaniyasında 26 tayfa və xalqın yaşadığı məlumdur. Onların arasında albanlar xüsusi yer tutub. R.Ağayev bildirib ki, albanların adına ilk dəfə e.ə. 331-ci ildə Makedoniyalı İsgəndərlə İran hökmdarı III Daranın arasında baş vermiş Qavqamela döyüşü ilə bağlı mənbələrdə rast gəlinir.

Onun sözlərinə görə, albanların yaratdığı Qafqaz Albaniyası Azərbaycanın tarixi torpaqlarında mövcud olmuş mühüm dövlətlərdən biridir. Bu dövlət e.ə. IV əsrdən eramızın VII əsrinin əvvəllərinə qədər mövcud olub. R.Ağayev qeyd edib ki, müxtəlif mənbələrdə Qafqaz Albaniyasının ərazisi fərqli adlarla təqdim olunub. Antik mənbələrdə Albaniya, erməni mənbələrində Alban və ya Alvan, gürcü mənbələrində Rani, fars mənbələrində Aran, Suriya mənbələrində isə Aran adı işlədilib.

Şöbə müdiri Qafqaz Albaniyasının inzibati bölgüsü barədə də məlumat verib. O bildirib ki, Albaniya ərazisi inzibati baxımdan müxtəlif vilayətlərə bölünüb və bu vilayətlər əsasən Kür çayının sağ və sol sahillərində yerləşib. R.Ağayev çıxışında Qafqaz Albaniyasının ayrı-ayrı vilayətləri, onların tarixi və mənbələrdəki əks olunması barədə də ətraflı danışıb.

Nicat Rüstəm

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı