Modern.az

Britaniyalı lord: Regionda böyük inteqrasiya imkanları yaranır

Britaniyalı lord: Regionda böyük inteqrasiya imkanları yaranır

Aktual

Bu gün, 17:32

Böyük Britaniya Lordlar Palatasının üzvü, Lord Tariq Əhməd (Tariq Lord Ahmad of Wimbledon) Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində Modern.az-a özəl açıqlama verib.


O, çıxışında regionda sülh prosesi, bazarların açılması və regional nəqliyyat-kommunikasiya dəhlizlərinin perspektivlərinə diqqət çəkib:
“Forumun açılış sessiyasında iştirak etmək və bazarların açılması istiqamətində əldə olunan irəliləyişlər barədə eşitmək çox qürurvericidir. Bayaq qatıldığım panel müzakirələrində də Ermənistanla münaqişənin həlli məsələsinə xüsusi toxundum. Hesab edirəm ki, geopolitik münaqişə və iki qonşu dövlət arasındakı gərginlik uzun illər həm Azərbaycanın, həm də Ermənistanın inkişafını ləngidib".

O qeyd edib ki, münaqişənin həlli istiqamətində atılan addımlar ən əhəmiyyətli irəliləyişdir.
"Bu gün səhər sessiyasında nazirin Asiyadan, Cənubi Asiyadan Mərkəzi Asiya vasitəsilə inteqrasiya və birləşdirici marşrutlar haqqında təqdimatını dinlədik. Ermənistanın da bu böyük baxışın -Yaxın Şərq və Cənubi Asiya ilə nəqliyyat əlaqələrinin qurulmasının, həmçinin qonşu ölkələr və tərəfdaşlarla birgə infrastruktur layihələrinin icrasının bir hissəsi kimi dəyərləndirilməsi sevindirici haldır. Münaqişənin tam həlli və bu istiqamətdə səslənən fikirlər son dərəcə böyük strateji əhəmiyyət kəsb edir", - o bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiya şəhərləri od içində - Dəhşətli hücum başladı