Modern.az

Putin Azərbaycan və Ermənistan arasındakı sülhə inanmırdı - Tramp

Putin Azərbaycan və Ermənistan arasındakı sülhə inanmırdı - Tramp

Aktual

Bu gün, 08:37

ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişənin nizamlanmasında öz rolundan danışaraq Rusiya Prezidenti Vladimir Putinlə söhbətini xatırladıb.

Modern.az xəbər verir ki, Tramp bu barədə Nyu-York ştatının Sirakuz şəhərində keçirilən mitinqdə çıxışı zamanı danışıb.

ABŞ lideri Azərbaycan və Ermənistan arasında 32 il davam edən münaqişəni cəmi iki gün ərzində həll etdiyini bildirib.

“Əslində, Putin buna inana bilmirdi. O mənə dedi ki, 10 il ərzində bu münaqişəni həll etməyə çalışıb, amma buna nail ola bilməyib. Mən isə bunu iki gün ərzində etdim”, – deyə Tramp bildirib.

Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Birgə Bəyannamə imzalanıb, iki ölkə arasında sülh sazişinin mətni isə paraflanıb. Saziş hələ rəsmi olaraq imzalanmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...