Modern.az

Bakının iki rayonunda su olmayacaq

Bakının iki rayonunda su olmayacaq

Aktual

Bu gün, 15:02

Sabah paytaxtın bəzi ərazilərində içməli suyun verilişində fasilə yaranacaq.

Modern.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Su Təchizatı məlumat yayıb.

Bildirilib ki, magistral xəttin yenisi ilə əvəz edilmiş hissəsində birləşmə işlərinin görülməsi ilə bağlı 25.11.2026-cı il tarixində gün ərzində Səbail və Yasamal rayonlarının bəzi ərazilərinin içməli su təminatında fasilə yaranacaq.

Suyun əvvəlki rejimlə verilməsi 26.11.2026-cı il səhər saatlarında bərpa olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya şəhərlərinə dəhşətli hücum - Şok görüntülər