Müxalifətdə olan “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan bəyanatla çıxış edib.
Modern.az xəbər verir ki, o, müraciətində Ermənistanın hakimiyyətini xarici təzyiqlər altında Konstitusiya layihəsini ölkəyə qəbul etdirməyə çalışmaqda ittiham edib.
Samvel Karapetyan komandası adından bəyan edib ki, parlament müxalifəti yeni Konstitusiya layihəsinə səs verməyəcək.
Samvel Karapetyan niyabrın 4-də həbs edilib. Məhkəmə onun barəsində bir aylıq həbs qətimkan tədbiri seçib.
Ermənistan İstintaq Komitəsi açıqlama yayaraq Karapetyanın və onunla əlaqəli şəxslərin hərəkətləri nəticəsində “Ermənistan Elektrik Şəbəkələri” şirkətinə 64,5 milyard dram (təxminən 177 milyon dollar) məbləğində ziyan dəydiyini bəyan edib.
İstintaqın versiyasına görə, Karapetyan və onun göstərişləri ilə hərəkət edən şəxslər 2016-2024-cü illərdə özəl sektorda vəzifə səlahiyyətlərini aşmaqda, əmlakı mənimsəməkdə və xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda şübhəli bilinirlər.
Xatırladaq ki, Samvel Karapetyan 2025-ci ilin dekabrından ev dustaqlığında idi.
O, həmçinin hakimiyyət və ya vəzifə səlahiyyətlərindən, yaxud bunlardan irəli gələn nüfuzdan istifadə etməklə xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılmasında ittiham olunur. Bu ittiham Ermənistan Cinayət Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin 2-ci və 3-cü bəndlərinə əsaslanır.