Modern.az

Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu - YENİLƏNİB

Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu - YENİLƏNİB

Aktual

Bu gün, 16:25

Arif Rəhimzadə Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının sədri vəzifəsində qalıb. Veteranlar Şurasının sədr müavini isə Əli Həsənov olub.

Modern.az xəbər verir ki, bu barədə qərar partiyanın İdarə Heyətinin qurultaydan sonra keçirilən iclasında qəbul olunub.

Veteranlar Şurasının yeni tərkibi 35 nəfərdən ibarət olacaq. 

Qeyd edək ki, Arif Rəhimzadə 2021-ci ilin martından YAP Veteranlar Şurasına rəhbərlik edir.

***
15:35

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənova hakim Yeni Azərbaycan Partiyasında (YAP) vəzifə verilir.

Modern.az "Teleqraf"a istinadən xəbər verir ki, Ə.Həsənovun YAP-ın yeni seçilmiş idarə heyətinin bu gün keçiriləcək ilk iclasında Veteranlar Şurasının sədri seçiləcəyi bildirilir.

Eyni zamanda Təftiş Komissiyasına, eləcə də Gənclər Birliyinə sədr seçiləcək.

Qeyd edək ki, Veteranlar Şurasının hazırki sədri Arif Rəhimzadədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar