Milli Məclisin deputatı Mahir Süleymanlı Xaçmaz rayonunda vətəndaş qəbulu keçirib.
Modern.az xəbər verir ki, Milli Məclisin deputatı Mahir Süleymanlı oktyabrın 28-də Xaçmaz rayonunun Hülövlü kənd inzibati ərazi dairəsinə daxil olan Qaradağ Buduq kəndində növbəti vətəndaş qəbulunu keçirib.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub.