Modern.az

Köçəryanın tərəfdarları TRIPP layihəsinin əleyhinə səs verəcəklər 

Köçəryanın tərəfdarları TRIPP layihəsinin əleyhinə səs verəcəklər 

Aktual

Bu gün, 16:44

Ermənistan parlamentində müxalif “Ermənistan” blokunun fraksiyası ABŞ ilə TRIPP layihəsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişinin ratifikasiyasının əleyhinə səs verəcək.

Modern.az xəbər verir ki, bunu oktyabrın 27-də parlamentin iclasında fraksiyanın rəhbəri Anna Qriqoryan bildirib.

O, müvafiq sazişin ratifikasiyası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı fraksiyanın mövqeyini açıqlayıb.

Qeyd edək ki, keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi müxalif “Ermənistan” bloku TRIPP – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsinin ratifikasiyasını dəstəkləmir.

TRIPP layihəsi Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin yaradılmasını nəzərdə tutur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...