Bakıda məktəblinin ölməsi faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Modern.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 28-də Bakı şəhəri, Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdinin məktəbin 4-cü mərtəbəsindən yıxılması və aldığı xəsarətlərdən ölməsi faktl ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır
****
Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.
Modern.az Qafqazinfo-ya istinadən xəbər verir ki, saat 10:30 radələrində orta məktəbin 7-ci sinif şagirdi 2014-cü il təvəllüdlü G.D.-nin intihar etməsi məlum olub.
Araşdırma zamanı müəyyənləşib ki, G.D. anasının 2024-cü ildə ölümündən sonra psixoloji pozuntu yaşayıb və uzun müddət müalicə alıb. Onun atası da psixoloji pozuntusu ilə əlaqədar 2-ci qrup əlildir.
O da bəlli olub ki, G.D. xalasının himayəsində yaşayıb.
***
10:55
Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.
Modern.az Oxu.az-a istinadla xəbər verir ki, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb.
Hadisə nəticəsində şagird həyatını itirib.