Modern.az

Yafəs Türksəs vəfat etdi

Yafəs Türksəs vəfat etdi

Allah rəhmət eləsi̇n

18 Oktyabr 2022, 10:44

Şair-publisist, YAP və AYB üzvü Yafəs Türksəs uzun müddətdən bəri əziyyət çəkdiyi ağır xəstəlikdən sonra dünən axşam dünyasını dəyişib.

Modern.az-ın məlumatına görə, bu barədə tənqidçi Əsəd Cahangir bildirib.

“YAP-dan vəzifə, AYB-dən təqaüd gözləyirdi, əcri o dünyada verilsin! Həmişə inciyirdi ki, niyə məni layk eləmirlər! Dualarınızı əsirgəməyin ki, ruhu şad olsun! Mərhum bu gün günorta saat 12-də Müşfiqabad qəbristanlığında dəfn ediləcək. Allah rəhmət eləsin, günahlarını bağışlasın!”, - Ə.Cahangir sosial şəbəkədə qeyd edib.

Qeyd edək ki, Yafəs Türksəs əvvəllər baş redaktor kimi “Yazar” adlı qəzet buraxırdı.

Allah rəhmət eləsin.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!