Keçmiş polis rəisi Zakir Kərimov 77 yaşında vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə onun həmyerliləri bildiriblər.
23 noyabr 1949-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində doğulan Z.Kərimov 1953-cü ildə ailəsi ilə birlikdə Bərdə rayonuna deportasiya olunub.
1966-cı ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olunub, 1971-ci ildə oranı bitirib.
1973-cü ildə hərbi xidmətini başa vurandan sonra fizika müəllimi işləyib.
1975-ci ildə DİN-in Kəlbəcər rayon milis şöbəsində inspektor kimi işə başlayıb, 1978-ci ildə SSRİ DİN-in Akademiyasının qiyabi şöbəsinə daxil olub, elə həmin ildə də Ağdam rayon milis şöbəsinə siyasi məsələlər üzrə rəis müavini təyin olunub.
1983-cü ildə Moskva şəhərində polkovnik rütbəsi alıb.
Zakir Kərimov 1987-ci ildə Gədəbəy rayon milis şöbəsinin rəisi təyin olunub, 1989-cu ilə qədər həmin vəzifədə çalışıb.
1988-ci ildə Ermənistandan deportasiya olunan azərbaycanlıların itkisiz çıxmasına çalışıb.
1989-cu ildə Quba rayonu milis şöbəsinə rəis təyin olunub, 1992-ci ilə qədər həmin vəzifədə çalışdıqdan sonra ehtiyata çıxıb.
2003–2013-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri idarəsinin yanğından mühafizə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin rəisi işləyib.
2009-cu ildə Məşhəd və Kərbəla, 2019-cu ildə isə Məkkədə Ümrə ziyarətində olub.
Zakir Kərimov 27 iyul 2026-cı ildə Gürcüstanda 77 yaşında vəfat edib.