Modern.az

Güləşçimiz erməni rəqibini məğlub edərək yarımfinala yüksəldi

Güləşçimiz erməni rəqibini məğlub edərək yarımfinala yüksəldi

İdman

Bu gün, 14:56

Azərbaycanın yunan-Roma güləşçisi Abdurrahman Hüseynli Bakıda təşkil olunan U-17 dünya çempionatında növbəti qələbəsini qazanıb.

Modern.az-ın məlumatına görə, 51 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda ermənistanlı Gevorq Harutyunyanı 6:4 hesabı ilə məğlub edib.

Azərbaycan millisinin üzvü təsnifat mərhələsində qazaxıstanlı Kuanişbek Janqajolunu, 1/8 finalda əlcəzairli Lyes Bumazanı (Əlcəzair) 9:0 hesabı ilə üstələmişdi.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan SƏRT REAKSİYA: Putindən İlham Əliyevə zəng - NƏ BAŞ VERİR?