Modern.az

Qarabağın 3 rayonunda güclü yanğınlar BAŞLAYIB

Qarabağın 3 rayonunda güclü yanğınlar BAŞLAYIB

Hadisə

28 İyul 2026, 16:30

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qazaxlar, Cəbrayıl rayonunun Çaxırlı və Mehdili kəndləri istiqamətlərində açıq ərazidə yanğınların baş verməsi barədə məlumatlar daxil olub.

Modern.az xəbər verir ki, məlumatlarla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Ərazilərin minalanmış və havanın küləkli olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.

Hazırda yanğınların söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi