Modern.az

Xalq Bankda yeni müşavirlər təyin edildi

Xalq Bankda yeni müşavirlər təyin edildi

Aktual

28 İyul 2026, 16:10

ASC “Xalq” Bankında korporativ idarəetmə modelinin təkmilləşdirilməsi və idarəetmə proseslərinin optimallaşdırılması məqsədilə İdarə Heyətinin tərkibində dəyişiklik edilib.

Modern.az xəbər verir ki, dəyişikliklərə əsasən, İdarə Heyətinin say tərkibi 7 üzvdən 5 üzvə enib, Natella Şahverdiyeva və Nigar Biləndərli İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin ediliblər. Bu təyinata qədər N.Şahverdiyeva və N.Biləndərli İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edirdilər.

Həyata keçirilən struktur dəyişiklikləri funksional bölgünün daha səmərəli təşkilinə xidmət edir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi