Azərbaycanın 18 yaşadək oğlan basketbolçulardan ibarət millisi Xorvatiyanın Riyeka və Opatiya şəhərlərində keçirilən Avropa çempionatının B divizionunda ikinci qələbəsini qazanıb.
Federasiyadan Modern.az-a bildirilib ki, yığma qrup mərhələsində Portuqaliya seçməsi ilə üz-üzə gəlib. İlk hissəni məğlub başa vuran komanda ikinci yarıda geridönüş edərək 52:50 hesabı ilə qalib gəlib.
Qarşılaşmanın ən dəyərli basketbolçusu (MVP) Azərbaycan millisinin üzvü Emanuel Aqbason olub. O, 18 xal və 12 ribaundla yadda qalıb.
Dörd turdan sonra aktivində 2 qələbə və 2 məğlubiyyət olan Azərbaycan millisi qrupda 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, yığmamız qrup mərhələsində son oyununu iyulun 29-da Bakı vaxtı ilə saat 20:00-da Çexiya seçməsinə qarşı keçirəcək.