Modern.az

Azərbaycanlı diaspor rəhbəri Londonda vəfat edib

Azərbaycanlı diaspor rəhbəri Londonda vəfat edib

Allah rəhmət eləsi̇n

3 İyul 2026, 17:38

Böyük Britaniyada Azərbaycan icmasının nümayəndəsi, London şəhərində Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri Əli Tekin Atalar vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, Əli Tekin Azərbaycanın Böyük Britaniyada tanıdılması və Azərbaycan icmasının birliyi istiqamətində böyük xidmətlər göstərib:

"Onun Azərbaycan və Britaniya arasında əlaqələrin inkişafına, Azərbaycan - Türkiyə qardaşlığının möhkəmlənməsinə verdiyi töhfələr hər zaman ehtiramla xatırlanacaq. Ailəsinə, yaxınlarına və onu sevən hər kəsə dərin hüznlə başsağlığı verir, səbir diləyirik".

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakı Moskvanın dərsini verdi: Rusiya səfiri TƏCİLİ XİN-ə çağırıldı