Modern.az

Tələbələrin yerdəyişməsi üzrə nəticələr elan edildi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr elan edildi

Təhsil

Bu gün, 15:50

Tələbələrin yerdəyişməsi prosesi üzrə yekun nəticələr müraciətçilərin elektron kabinetlərinə göndərilib.

Modern.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, tələbələr təhsil müəssisəsi tərəfindən verilmiş yekun qərarı elektron kabinetləri vasitəsilə 31 iyul 10:00-dək təsdiq etməli və ya qərardan imtina etməlidirlər.

"Müəyyən olunmuş müddət ərzində təsdiqlənməyən müraciətlər avtomatik olaraq qüvvədən düşmüş hesab ediləcək", - məlumatda bildirilib.

Qeyd edək ki, tələbələrin yerdəyişməsi üzrə elektron sənəd qəbulu 19 iyul saat 18:00-da yekunlaşıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan SƏRT REAKSİYA: Putindən İlham Əliyevə zəng - NƏ BAŞ VERİR?