Modern.az

Azərbaycanın TEMU-ya qarşı apardığı araşdırma başa çatdı

Azərbaycanın TEMU-ya qarşı apardığı araşdırma başa çatdı

Aktual

Bu gün, 16:30

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Temu" elektron ticarət platformasının sahibi olan "PDD Holdings"ə qarşı rəqabət pozuntusu əlamətləri üzrə apardığı araşdırmanı yekunlaşdırıb.

Bu barədə Modern.az-a Agentlikdən məlumat verilib.

Məlumata görə, araşdırma rəqabəti məhdudlaşdıran qiymət siyasəti həyata keçirməklə hökmran mövqedən sui-istifadə etmə və rəqabət qanunvericiliyinin - Rəqabət Məcəlləsinin 16.2.1-ci, 16.2.7-ci və 16.2.8-ci maddələrinin tələblərinin pozulması əlamətləri əsasında aparılıb.

Araşdırmanın nəticəsi olaraq, rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyi üçün rəqabət qanunvericiliyinin pozulması haqqında iş qaldırılması məsələsinə baxılması üçün rəqabət komissiyasının yaradılması barədə qərar qəbul edilib. Hazırda iş qaldırılması məsələsinə baxılması davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatla canlıda gərgin müzakirə - Ölkədə nə baş verir?