Modern.az

Talış meşələri bağlı zona elan edilib

Talış meşələri bağlı zona elan edilib

Ölkə

7 Sentyabr 2009, 12:13

Lənkəran Meşə Mühafizəsi və Bərpa İdarəsi ötən ilin payızında 50 hektar yeni meşə sahəsi salıb. İdarənin direktoru Şakir Lətifov Modern.az saytına bildirib ki, bu ilin payızında kəsilmiş ağaşlar nəticəsində cilpaq hala düşmüş dağ yamaclarında yeni tingliklər salınması planlaşdırılır. Cari ilin payizinda bu məqsədlə 200-250 hektar sahədə tinglər əkiləcək. Direktorun sözlərinə görə, idarənin sərəncamında 27 min hektar meşə olub. Sonradan bunun 20 min hektarı Hirkan Milli Dövlət Parkının tabeciliyinə verilib. İdarənin sərəncamında  olan meşə massivlərində illərlə aparılan qanunsuz ağacqırmalar nəticəsində həddən artıq seyrəklik yaranıb.
Ş. Lətifov bildirib ki,  hazırda təbii bərpa və tingliklərin salınması yolu ilə dağılmış meşə massivlərini bərpa edirlər. Meşədə ağaşların qanunsuz qırılması faktlarına qarşı ciddi mübarizə apardıqlarını deyən Ş. Lətifovun sözlərinə görə,  odun oğruları əvvəlki kimi "işləyə" bilmirlər. Talış meşələrində nadir ağac olan dəmirağacın inkişafı ücün xeyli yeni ağac tingləri salınıb. Lənkəran kəndlərində qazın olmaması odundan istifadəni zəruri edib. Ş. Lətifovun sözlərinə görə, bununla bağlı meşə sahələrinin təftişi kecirilib. Qeydə alınmış qurumuş ağacların qeydiyyatı aparılıb. “Bu sənədlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndırilib. Əgər nazirlik icazə versə, o zaman vətəndaşların odunla təmin edilməsi məsələsinə baxılacaq”-deyən direktor bildirib ki, bu gün ücün Talış meşələri tam bağlı zona elan edilib.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub