20 sentyabr — Xankəndi Şəhəri Günü münasibətilə Lənkəran Dövlət Dram Teatrının təqdimatında Ü.Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş olunub. Üzeyir bəyin bənzərsiz sənət yadigarı Xankəndi Mədəniyyət Mərkəzində təqdim edilib.
Modern.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Dağıstanın (RF) Əməkdar artisti Laləzər Hüseynova, rejissoru Emil Əskərov, quruluşçu rəssamı Fuad Hüseynov, rəssamı Sevən Həsənlidir.
Rolları Saleh Əzimzadə, Aynur Əhmədova, Səyad Əliyev, Teymur Hacızadə, Əbülfəz Axundov, Vəfa Hacızadə, Ayşən Əsədova, Məleykə Cəfərova, Təranə Fərəcova, Aysel Babazadə, Şəbnəm Hüseynova ifa ediblər.
Bir əsrdən artıqdır şöhrəti dünyanı dolaşan operetta tamaşaçılar tərəfindən maraq və alqışlarla qarşılanıb.