Modern.az

Ərbil PUA ilə vuruldu

Ərbil PUA ilə vuruldu

Dünya

20 Sentyabr 2026, 20:15

Bu gün Ərbil hava limanına pilotsuz uçuş aparatı ilə zərbə endirilib.

Modern.az "Al-Hadath”ə istinadən xəbər verir ki, Ərbildə bir neçə partlayış səsi eşidilib.

Digər mənbələr isə Ərbil hava limanının yaxınlığında güclü partlayış baş verdiyini və bundan sonra havaya tüstü buludlarının qalxdığını bildiriblər.

Bu arada “Reuters“ təhlükəsizlik mənbələrinə istinadən xəbər verib ki, İraqın Kürdüstan Regional Administrasiyasında Ərbil hava limanının yaxınlığında hava hücumundan müdafiə sistemləri bir dronu vurub.

“Al-Ahad” dronun Ərbil hava limanının ətrafını hədəf aldığını yazıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia