Modern.az

Zelenski: Trampla Nyu-York görüşü çox şeyi dəyişə bilər

Zelenski: Trampla Nyu-York görüşü çox şeyi dəyişə bilər

Dünya

Bu gün, 23:01

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı apardığını və tərəflərin Nyu-Yorkda görüşmək barədə razılığa gəldiyini açıqlayıb.

Modern.az xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında məlumat verib. Ukrayna lideri söhbəti vacib adlandıraraq bir sıra məsələlərin müzakirə edildiyini bildirib. Tərəflərin Nyu-Yorkda görüşünün razılaşdırıldığını digər mənbələr də təsdiqləyib. 

“Görüş barədə razılığa gəldik və bu görüş çox şeyi dəyişə bilər. Diplomatik dinamika var”, – Zelenski qeyd edib. 

Ukrayna Prezidenti, həmçinin Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Kiyevə səfərinə görə təşəkkür edib. Zelenskinin sözlərinə görə, ABŞ nümayəndələri ilə danışıqlarda sülh prosesinin irəlilədilməsi, mümkün deeskalasiya addımları, enerji və ərzaq təhlükəsizliyi, eləcə də insanların müdafiəsi məsələləri müzakirə olunub. 

Zelenski sülh prosesinin hazırda əsas prioritet olduğunu vurğulayıb və ABŞ komandası ilə “ciddi addımlar” üzərində işlədiklərini bildirib.

O, həmçinin Trampa Lindsi Qremin təşəbbüsü ilə hazırlanmış Rusiya və İranla bağlı sanksiyalar qanununu imzaladığına görə təşəkkür edib. Donald Tramp həmin qanunu sentyabrın 18-də imzalayıb. Sənəd Rusiyaya qarşı sanksiyaları genişləndirir və Rusiya enerji resurslarının iri alıcılarına qarşı əlavə tariflərin tətbiqinə imkan verir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı