Modern.az

"Mançester Siti" və "Liverpul" qələbə qazandı

"Mançester Siti" və "Liverpul" qələbə qazandı

İdman

Bu gün, 19:46

İngiltərə Premyer Liqasının V turunda "Mançester Siti" "Sanderlend"i 5:3, "Liverpul" isə "Bornmut"u 1:0 hesabı ilə məğlub edib.

Modern.az "Mançester Siti"nin "Etihad" stadionunda keçirilən görüşündə hesabı 9-cu dəqiqədə Enzo Fernandes açıb.

"Sanderlend"in hücumçusu Brayan Brobbi 12-ci dəqiqədə tarazlığı bərpa edib.

29-cu dəqiqədə Rayan Şerki "şəhərlilər"i yenidən önə keçirib. Brobbi 33-cü dəqiqədə ikinci qolunu vuraraq hesabı bərabərləşdirib. Semenyo 43-cü dəqiqədə fərqlənərək "Mançester Siti"ni fasiləyə üstün yollayıb.

Semenyo 57-ci dəqiqədə dublunu rəsmiləşdirib. Brobbi 59-cu dəqiqədə het-trik edərək fərqi minimuma endirib. Lakin 81-ci dəqiqədə Erlinq Holandın qolu "Mançester Siti"yə 5:3 hesablı qələbə qazandırıb.

"Mançester Siti" beş turdan sonra 15 xalla turnir cədvəlinə başçılıq edir. "Sanderlend" isə 4 xalla 14-cü pillədə qərarlaşıb.

"Bornmut" - "Liverpul" qarşılaşması isə "Vitaliti" stadionunda keçirilib. Görüşün yeganə qolunu 57-ci dəqiqədə "Liverpul"un hücumçusu Aleksander İsak vurub.

Bu qələbədən sonra "Liverpul" 9 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. "Bornmut" isə 3 xalla 16-cıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı