18 İyul 2017, 12:44 | Ana Səhifə - Yazılar - Qalxansız jurnalistlər
Qalxansız jurnalistlər

Vəfa Allahverdiyeva

 

Ötən həftə KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin jurnalistlərə veriləcək mənzillərlə bağlı müzakirələrin yekunlaşması açıqlamasında maraqlı bir mövzu  qabardı.

Məlum oldu ki, bizdə jurnalistlərin əksər qisminin təkcə evi deyil, “qalxan”ı da yoxdur.

Nədir bu qalxan?

Əmək müqaviləsi, bundan irəli gələrək real əmək haqlarından tutulmalar nəticəsində  şəxsi hesaba toplanan vəsait və qocalıq dönəmində bizi heç kimə möhtac qoymayan halal haqqımızdır bu qalxan.

Amma elə bu günlərdə jurnalistlərin əmək münasibətlərindəki vəziyyətini bilgi olaraq əlində cəmləyən Vüqar Səfərlinin də dediyi kimi,  hesablar sıfır rəqəmini göstərir.

İfadə kobud çıxar, bəlkə də, amma qocalıq insanın qara günüdür. Çalışa bilmir, çünki. Dizi bükülür; əsaya, eynəyə, başqasına  möhtac qalır.

Saxta əmək kitabçaları, 0-dan qalxmayan şəxsi hesablar, məhz belə günlər üçün, doğrudan da,  ciddi fəlakət vəd edir. 
 

Bir çox redaksiyalar bu qalxanı əldə etməyi  işçinin özünün boynuna qoyur-VÖEN açdırması yolu ilə.

Amma insanı özbaşına qoysan, nə VÖEN ardınca düşmək,  bircəcə gündə bir aylıq maaşın altından girib, üstündən çıxar –sabahı düşünmədən.    

Dövlət Sosial Müdafiə Fondunda hər kəsin etibarlı “kassa”sını yaratmaq yolu- hüquqi çəmdir. İşəgötürənlə işə girən arasındakı bütün hüquqi tələblərin ödənməsi.

Dövlət deyir, az alıb az versən də, çox alıb çox versən də, toplanan pulu mənim yox, özünün qara gününə yığırsan; Mən burda həmin kassanı qoruyan, lazım olan anda bir qəpiyinə xəyanət etmədən sənə geri qaytaran tərəfəm.     

Kənara qoyaq, 600-800 manat civarındakı əmək haqqı və qonorarı- nə acı ki, bu gün hətta minimum əmək haqqıya-116 manat məbləğə uyğun açıq mühasibatlıq işləri aparılmır. 

Vüqar Səfərlinin qabartdığı sıfır rəqəmi də bax, belə məsuliyyətsizlikdən yaranıb. 

Əvvəllər ikili mühasibatlığı başa düşmək olardı.

Lakin iyulun 1-dən qüvvəyə minən əmək  pensiyasına dəyişikliklər bizim böyük əksəriyyətimizin iş stajı ilə öyünməsini mənasızlaşdırır, çünki pensiya hüququnda hesaba oturulan vəsaitin həcmi mühüm şərtdir.    

Hamının hüquqlarından yazıb-pozan, dünya-aləmin dərdlərini açıb tökən bu fədakar peşə adamları onları şəxsən, irəlidə gözləyən dərdlərdən, müşküllərdən, ya xəbərsizdir, ya da görməməzlikdən gəlir.     
 

Əslində, hamı problemin nədən doğduğunu yaxşı bilir və bu səbəbdən mətbuat orqanlarının rəhbərlərini qaralamaq, qüsurları birbaşa onların üzərinə yıxmaq da doğru deyil.

Aydın məsələdir ki, mətbuatın müstəqil şəkildə ayaq üstündə dayanmaq imkanları yoxdur. Maddi baxımdan tam güclənə bilməyib. Dövlətin dəstəyi də hamının ideal təminatını üzərinə götürə bilmir.

İnternet mediası, ümumiyyətlə maliyyə dəstəyindən kənardadır. Bütün bu reallıqlar redaksiya rəhbərlərini məcbur edir ki, verə bildiyi əmək haqqı və qonorarı qəpiyinə kimi işçi öz ailəsinə apara bilsin.

Göründüyü kimi, yuxarı  baxırsan bığ, aşağı baxırsan saqqal.

Nə yazıqlar ki, məsələnin bu biri tərəfində də gələcəkdə jurnalisti sosial müdafiəsiz qalmaq kimi acı bir  aqibət  gözləyir.

Bu səbəblərdəndir ki, 7-8 il bundan öncə qəfil vəfat etmiş həmkarlarımızdan birinin ailəsinə dövlət pensiya təyin etməkdə heç bir real hesab göstəricinə istinad edə bilmədi.

Halbuki, etik baxımdan adını çəkmək istəmədiyim həmin həmkarımız gözəl qələm sahibi, ciddi mətbuat orqanlarında ciddi imza mənsubu idi. Ailəsi özündən sonra çıxılmazlığa düşməyə layiq deyildi.

Buradan hətta o fikri də almış oluruq ki, əmək müqaviləsi, hesabımıza gedən vəsait faciəvi durumlarda ailələrimizin də köməyinə çatan ideal bir sistemdir-varlığımızda özümüzü, yoxluğumuzda ailəmizi maddi sıxıntıdan sığortalaya bilən bir sistem.    

Problemi  yaradan həm özümüz deyilik,  həm də elə özümüzük.

Dövlət işində çalışanların hamısı əmək müqaviləsi ilə çalışır, sosial sığortası tutulur, lakin bu məbləğdən incimir, bilir ki, gələcək ömrü etbarlı təminat altına girir.

Müəllim və həkim az əmək haqqı alan kateqoriyadır, şərti olaraq deyək ki, 50 manatını almır, sığortaya verir.

Qıcıqlanmır, ona görə ki,  o pulun da sahibinin özü  olduğunu bilir. Üstəlik, əlini ürəyinin üstünə qoyub rahat yata bilir ki, sabah kimsəsiz, köməksiz vəziyyətində onu ac qalmaq, başqasına möhtac yaşamaq utancı gözləmir.

Bəs biz necə -başımızın altına rahat yastıq qoya bilirikmi?

Nə olar ki, bu gün mətbuat əsasən, müstəqil, özəl sektor kimi çalışır. O da özü-özünə müfəttişlik etməlidir. Redaktorlarla jurnalistlər arasında heç də az olmayan qonorarın, əmək haqqının  babat sosial sığortasında  könüllü razılaşma prinsipi işləməlidir.

Sonunda bu, həm də  bir mənəvi məsuliyyətdir-redaktorun jurnalist, jurnalistin özü və ailəsi qarşısında.   

 Yoxsa ki, ev problemini həll edən dövlət bizə pensiya məsələsində güzəşt tanımağa borclu və comərd deyil.  Çünki biz göydən düşməmişik.

 

P.S. İyulun 21-i mənzillərinin açarlarını gözləyən bütün həmkarlarımı təbrik edirəm: xeyirli, uğurlu olsun! 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Sumqayıtda narkotik satan 3 nəfər tutulub - VİDEO 4 Avqust 2021, 19:11 Yardımlıda yanğının söndürülməsi davam edir - FOTO 4 Avqust 2021, 19:04 Azad edilmiş ərazilərdə görülən işlər müzakirə olundu 4 Avqust 2021, 18:38 Soydaşlarımız Türkiyədə yanğından zərərçəkənlərə yardım göndərdi   4 Avqust 2021, 18:32 Məhkumun evindən narkotik götürüldü 4 Avqust 2021, 18:26 Kəlbəcər yenə atəşə tutuldu: İtkimiz yoxdur 4 Avqust 2021, 18:20 MTRŞ iddiaçıların heç birinə lisenziya vermədi 4 Avqust 2021, 18:14 Müəllimlərin işə qəbulunda yenilik: Nazirdən mühüm AÇIQLAMA 4 Avqust 2021, 18:01 “Biz daha çox biliyi ölçürük, nəinki bacarığı” 4 Avqust 2021, 17:56 Emin Əmrullayev: “Dərs saatı ən azı 18 olmalıdır”  4 Avqust 2021, 17:54 Müdafiə naziri ordunun döyüş hazırlığını yoxladı 4 Avqust 2021, 17:50 Şəfqət dolu ürək... 4 Avqust 2021, 17:50 Nazir narazı namizədlərə müraciət etdi 4 Avqust 2021, 17:42 Zakir Həsənov azad olunmuş ərazilərə getdi - VIDEO+FOTO   4 Avqust 2021, 17:41 “Şikayətçi müəllimlər haqlıdırlar” - Emin Əmrullayev 4 Avqust 2021, 17:33 Ermənistan XİN-nə yeni mətbuat katibi TƏYİN OLUNDU 4 Avqust 2021, 17:29 “Ən çox yer xarici dil müəllimliyinə ayrılıb” - Təhsil naziri 4 Avqust 2021, 17:28 “Azərsu”da İctimai Şuranın ilk iclası keçirildi   4 Avqust 2021, 17:23 Müəllim olmaq istəyənlərin sayı kəskin artıb 4 Avqust 2021, 17:19 “Azəriqaz”ın “Açıq mikrofon”undan ilk səs gəldi - FOTO 4 Avqust 2021, 17:14 Azərbaycan və BMT birgə işçi qrup yaradır 4 Avqust 2021, 17:08 İstanbulda da meşəni yandırdılar 4 Avqust 2021, 17:04 Azər Süleymanov siyasətdən uzaqlaşdı: “Liderlərlə dil tapa bilmədik” 4 Avqust 2021, 16:48 Ağsuda toy təşkilatçısı cərimələndi 4 Avqust 2021, 16:43 Türkiyə və Azərbaycan xüsusi təyinatlılarının birgə təlimləri BAŞLAYIB 4 Avqust 2021, 16:43 Xalq kimin kim olduğunu yaxşı bilir 4 Avqust 2021, 16:42 Tokio-2020: Karateçilərimizin rəqibləri müəyyənləşdi 4 Avqust 2021, 16:40 Komitələrin payız hazırlığı: “Tamamilə yeni işlərə start verəcəyik” 4 Avqust 2021, 16:24 Əhaliyə göstərilən tibbi xidmətlərin STATİSTİKASI 4 Avqust 2021, 16:22 Deputat Olimpiya çempionu oldu 4 Avqust 2021, 16:18 Tanışını öldürmək istəyələrin işi məhkəməyə göndərildi 4 Avqust 2021, 16:06 İranda koronavirusa yoluxma sayı 4 milyonu keçdi   4 Avqust 2021, 15:54 Etibar Mirzəyev türkiyəli nazirlə müzakirələr apardı 4 Avqust 2021, 15:37 Füzulidə daha bir erməni hərbçinin qalıqları TAPILDI 4 Avqust 2021, 15:36 Eldəniz Səlimov Kürdəxanı təcridxanasına yerləşdirilib 4 Avqust 2021, 15:21