04Yanvar | Ana Səhifə - Yazılar - Qışda göyərmiş gözlər
Qışda göyərmiş gözlər

Hidayət Elvüsal

Əvvəllər baxanda ürəyimiz sıxılırdı. Şou-biznes (ŞB) əhalisinin hamısı qara eynək taxıb, ekrana çıxardılar. Sonra orda-burda söz-söhbət yayıldı ki, MKİ, yəni ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və Rusiyanın Baş Kəşfiyyat İdarəsi (BKİ) bu məsələyə etiraz bildirib. Deyiblər ki, bu tərz onlara məxsusdur və sünnət toylarında-zadda işlənə bilməz. Ekranda isə heç yeri yoxdur.

Bizim toyxana şou-biznesinin əhalisi də bir xeyli götür-qoy ediblər. Deyilənə görə, hətta iş-güclərini bir yana qoyub, səydəş-süydəş şeir yazan elm adamları ilə də məsləhətləşiblər. Belə qərara gəliblər ki, göz çox vacib vasitədir və onu anadangəlmə buraxmaq olmaz. Odur ki, hamı qara gözlərinə vida söyləyib, onu göyərtməlidirlər. Yəni linza taxıb, gözlərinin rəngini dəyişməlidirlər. Çünki, pullularımız qara gözləri sevməkdən, şairlər şeir yazmaqdan, bəstəkarlar mahnı qoşmaqdan beziblər.

Televiziyaya baxırsınızmı? Şou-biznesə əməlli-başlı bahar gəlib. Az qala hamısının gözləri göyərib. Bəzi ağzıgöyçəklər deyirlər ki, pullular onlara dollar-zad vermirlər deyə göy linza taxıb manatdan dolların təsəllisini alırlar. Deyirəm, ay bala, biz o gözləri göy görürük, onlar bizi və pulu olduğu kimi görürlər. Elə dediklərini əzbərləyib, durublar.

O gün də bir əhvalat olub. Dost-tanışın dediyinə görə ona “Snequroçqa skandalı” deyirlər. “Tarqovu”da veyillənən bir saqqallı yolkanın yanında qəşəng, göy gözlü Qar qızı görəndə özünü saxlaya bilməyib. Qız da şou-biznes tayfasından imiş və o da linza taxıbmış. Bu saqqallı da əlini qızın şubasının altından salıb, onun yumşaq yerindən cimdikləyib. Qız “Oy, mamoçqa!” demək yerinə, “Ay nənə, gəl” deyib, qışqıranda, saqqallı sarısını udub. Görüb ki, bu Snequroçqa deyil, Qar qızdır. Qaçmaq istəyəndə, tutub aparıblar polisə.

Həə, burda məsələ bir xeyli qarışıb. Müstəntiq qızdan soruşub ki, bu saqqallı sənin harandan çimdikləyib. Qız başını aşağı salıb.

- Ay qız, niyə dinmirsən?

- …

- Göstər görək harandan çimdikləyib?

Qız yenə dinməyib. Qıpqırımızı olub, tər basıb və müstəntiq görüb ki, ə, Qar qız elə kabinetdə əriyəcək, xatası onu tutacaq, işi bağlayıb. Səbəb də bunu yazıb ki, saqqallı gədə milli Qar qıza “Snequroçqa” deyə təzyiq göstərib və cərimələnib.

Yox, qardaş, məmləkətin bu qışın oğlan çağında göyərmiş gözləri yavaş-yavaş dəb halına çevrilir. Belə getsə qara gözlü qız defisit olacaq. Hamısının da günahkarı o şou-biznes əhalisidir. Səslərini kənara qoyub, gözləriylə pul qazanırlar. Həm də, deyilənə görə göy gözlər (mavi də ola bilər) çox bahalıdı.

Telekanallara bir də baxın. Canı yanmışların gözləri par-par yanır. Yanır və yandırır. Elə buna görə də qar yağsa da qorxmayın, əriyib gedəcək.

Göyərmiş qara gözləri məmləkətin qışına da bahar havası gətirib. Bircə oxuya bilsələr…

Oxuya bilənlər, savadlı aparıcılar, “sponsor” ovuna çıxmayanlar isə elə qara gözləri ilə gözəllərdən gözəldirlər!

MÜƏLLİFİN DİGƏR YAZILARI
Bizimkilər - Lalə Azərtaş: “Yola çıxanda şərti şumda kəsirəm ki, xırmanda yabalaşmayım” - MÜSAHİBƏ 23 May 2019, 08:53 Məşqçisinin qızı ilə evlənmiş əfsanəvi Peter Şmeyxel 23 May 2019, 08:24 Neftçalada mikroavtobus yük maşınına çırpılıb - 4 nəfər ölüb 23 May 2019, 08:14 Ramazan ayının 18-ci gününün DUASI 23 May 2019, 08:00 Manat və dolların bugünkü MƏZƏNNƏSİ 23 May 2019, 07:59 Leyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisində - FOTO 23 May 2019, 01:00 ABŞ-la Venesuela müharibə vəziyyətində 23 May 2019, 00:57 Leyla Əliyeva I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresində - FOTOLAR 23 May 2019, 00:46 Saakaşvili Ukrayna vətəndaşı olmaq üçün Zelenskiyə müraciət etdi 23 May 2019, 00:32 Türkiyədə özəl xəstəxana yandı 23 May 2019, 00:12 Azərbaycan nefti ucuzlaşdı 22 May 2019, 23:59 Əməkdar artist vəfat etdi 22 May 2019, 23:47 Avroviziya-2019-un nəticələri dəyişdi 22 May 2019, 23:35 Rəsmi Bakı Gürcüstanla sərhəd məsələsin müzakirə edir 22 May 2019, 23:19 Ali Rada  Zelenskini rədd etdi 22 May 2019, 23:01 Paşinyan ciddi kadr dəyişikliklərinə hazırlaşır 22 May 2019, 22:41 Gənc qızı it dişlədi 22 May 2019, 22:27 UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlandı     22 May 2019, 22:13 “Səbail” ilk yay transferini həyata keçirib 22 May 2019, 21:59 “Biz daim azərbaycanlı iş adamlarına dəstək verməyə çalışırıq” – Səfir 22 May 2019, 21:29 Türkiyədə avtobus qəzası: yaralılar var 22 May 2019, 21:13 8 marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir 22 May 2019, 20:55 İstanbulda bələdiyyə seçkisi nəticələrinin ləğvi səbəbi - RƏSMİ 22 May 2019, 20:44 Bakıdan Ağcabədiyə qonaq gedən qız itkin düşdü 22 May 2019, 20:43 Azərbaycanla Böyük Britaniya enerji əməkdaşlığı müzakirə edilib 22 May 2019, 20:30 Mesut Özildən azərbaycanlı azarkeşlərə - FOTO 22 May 2019, 20:16 DTX-da “Qırmızı papaq” tamaşası nümayiş etdiriləcək 22 May 2019, 20:01 Qəbul imtahanında ən yüksək bal toplayan abituriyent Modern.az-a danışdı: “Suallar çox da çətin deyildi” 22 May 2019, 19:47 Prezident və birinci xanım “Sovetski”də vətəndaşların problemləri ilə tanış olublar 22 May 2019, 18:57 Nazir Prezident təqaüdü alan gənclərin konsertində iştirak etdi 22 May 2019, 18:48 Çin Xalq Respublikasının Sədrindən İlham Əliyevə TƏBRİK 22 May 2019, 18:44 I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri AÇIQLANDI 22 May 2019, 18:33 Elmar Məmmədyarov BMT-nin nümaəyəndəsini qəbul etdi 22 May 2019, 18:25 ABŞ-ın Azərbaycandakı eks SƏFİRİ: “Bakı çox təhlükəsiz şəhərdir” 22 May 2019, 18:17 Zakir Həsənov göstəriş verdi - FOTO+VİDEO 22 May 2019, 18:06