Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində tibbi avadanlıqlar yenilənir.
Modern.az xəbər verir ki, mərkəzə 2 angioqrafiya cihazı, laparoskopik qurğu, mammoqraf və cərrahi mikroskop alınacaq.
Avadanlıqların satın alınması ilə bağlı tender prosesi davam edir.
Məlumata görə, mərkəzdə mövcud tibbi avadanlıqların işlək vəziyyəti qənaətbəxşdir və onlar xəstələrin müayinə və müalicəsində istifadə olunur.