Modern.az

Azərbaycanlı dənizçi Finlandiyada həbs olundu

Azərbaycanlı dənizçi Finlandiyada həbs olundu

Dünya

Bu gün, 16:14

Finlandiyada "Fitburq" gəmisinin kapitanı və bosmanı kabel çəkilişi qaydalarını pozduqlarına görə həbs ediliblər.

Modern.az Oxu.az-a istinadla xəbər verir ki, Helsinki Dairə Məhkəməsi "Fitburq" gəmisindən olan iki dənizçini Yeni il gecəsində Fin körfəzində baş verən hadisə zamanı kabellərə zərər dəyməsində təqsirli bilib.

Ağır təxribat törətdiklərinə görə rusiyalı kapitan Andrey Maksimenko 3 il 6 ay, azərbaycanlı dənizçi Vüsal Məcidov isə 2 il 10 ay müddətinə azadlıqdan məhrum ediliblər. Mühakimə olunan hər iki şəxsin dərhal həbs olunmasına hökm verilib.

Onlar, həmçinin kabellərin və qaz boru kəmərinin təmiri və yoxlanılması xərcləri üçün zərərçəkənlərə kompensasiya ödəməlidirlər.

Xatırladaq ki, 2025-ci il dekabrın 31-də Fin körfəzində Estoniya ilə Finlandiya arasında yerləşən sualtı rabitə kabeli zədələnmişdi.

Finlandiya sahil mühafizəsi kabelin zədələnməsində şübhəli bilinən "Fitburq" adlı gəmini və onun 14 ekipaj üzvünü saxlayıb. Ekipaj üzvləri Rusiya, Gürcüstan, Qazaxıstan və Azərbaycan vətəndaşları olublar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Ərdoğan açıqladı: Bakıya gedirəm! Nələr olacaq?