Modern.az

Daha bir marşrutun avtobusları yenilənir

Daha bir marşrutun avtobusları yenilənir

Aktual

Bu gün, 14:10

Bakının Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir.

Modern.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata əsasən, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası ilə təchiz edilən müasir və komfortlu avtobus daşımalara cəlb ediləcək. Avtobuslar 10-12 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək. Marşrutda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 manat müəyyən edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ərdoğandan Bakıya kritik mesaj - İranda müharibə hazırlığı başladı!