Asiya-Sakit okean regionunda qlobal dəyişkənlik fonunda iqtisadi transformasiyaya rəhbərlik edən 20 uğurlu qadın sahibkar və rəhbərin adı bəlli olub.
Modern.az "Forbes Asia" nəşrinə istinadən xəbər verir ki, bu barədə informasiya jurnalın 2026-cı il üçün hazırladığı "Güclü İşgüzar Qadınlar" (Asia's Power Businesswomen) siyahısında yer alıb.
Belə ki, siyahıda yer alan liderlər müxtəlif aparıcı idxal və istehsalatsektorlarını təmsil edirlər. Uğur qazanan qadınlardan dördü süni intellekt infrastrukturu, yarımkeçiricilər üçün dəqiq alətlər və məlumat mərkəzləri üçün fiber-optik kabel istehsalı sahəsində ön sıralardadır.
Digər dörd biznes ledi isə gözəllik və pərakəndə satış brendlərini qlobal miqyasda genişləndirərək istehlak bazarlarını yenidən formalaşdırır. Siyahıya öz zəhməti ilə uğur qazanmış sahibkarlar, peşəkar rəhbərlər və ailə bizneslərini modernləşdirən iddialı idarəçilər daxil edilib.
Qeyd edək ki, "Forbes Asia" jurnalı 2012-ci ildən bəri hər il regionun iqtisadiyyatına və biznes mühitinə mühüm töhfələr verən qadın liderlərin siyahısını tərtib edir.
Gülbadam Cümşüdzadə