13 İyun 2018, 12:54 | Ana Səhifə - Yazılar - Türkiyədə gün sayılır
Türkiyədə gün sayılır

HidayəElvüsal 


Türkiyədə seçki morofonu get-gedə daha da qızışır. CHP-nın namizədi Məhərrəm İncə gözlənildiyi kimi kifayət qədər populyarlıq qazana bilib. Sağdan-soldan vurulsa da yoluna davam edir.

İyi (yaxşı) partiyanın lideri Maral Akşənər MHP-dən ayrılandan sonra daha fəal bir mövqe tutub. Seçicilərin rəğbətini qazana bilib. Maral xanım dövlət idarəetmə təcrübəsinə də malikdir. Vaxtilə Türkiyənin daxili işlər naziri olub. Böyük Millət Məclisində qrup başqan vəkili kimi məclisi idarə edib. Həm də nümunəvi şəkildə.

Səadət Partiyasının lideri Kərəm Qaramollaoğlu AKP-nin əvvəlki yuvasından Rifah Partiyasından ayrılmış bir siyasi qüvvədir. Ərbakanın tələbələrindən sayılır. Təmkinlidir, savadlı və məlumatlıdır. Mühafizəkar zümrəsin müdafiə etdiyi siyasi fiqurdur. Ərdoğan onunla da iqtidar bağlamaq istədi. Olmadı.

HDP-nin namizədi Səlahəddin Dəmirdaş həbsdədir. Təbliğatını vəkilləri vasitəsilə aparır. Hələ də terrorla arasına sədd qoymayan HDP-nin yüksək şansı olmasa da, seçkilərə təsiri olacağı sözsüzdür. İkinci turda kimə səs verəcəkləri həlledici sayılır.

Erməni yalanını puça çıxaran, barışmaz mübariz Doğu Pəricək “Vətən” partiyasının namizədidir. Bu adama heç cür şərait yaradılmır. Heç vəsait də ayrılmayıb. Partiyada kifayət qədər vətənpərvər, Atatürkçü əsgərlər, elm adamları, siyasətçilər var. Prezidentlik şansları olmasa da, millət vəkili çıxarmaq arzusunda olanlar az deyil.

Və nəhayət baş qəhrəman və əsas sima olan indiki prezident Rəcəb Tayyub Ərdoğan. Yenə həmişəki kimi mitinqlərdə, açılışlarda. Bir daha və bir daha prezident olmaq istəyi sonsuzdur. Amma elə hadisələr baş verir ki, bu hadisələrdən danışmadan dayana bilmirsən.

Almaniyada dərc olunan “Şpigel” jurnalının üç qabığında təqdim olunan Otoritorlar kolleji məsələni xeyli qarışdırdı. Əslində “xalq mənəm!” mənasını bildirən bu ifadə dörd ölkə liderinə - Türkiyə, Rusiya, Çin və ABŞ liderlərinin idarəetmə üsullarına - otoritorluğa həsr edilib. Yəni bu liderlər xalqın səsini dinləməz, öz bildiklərini edər və xalqı sözdə xatırlarlar.

Görünür Ərdoğanın indiki müşavirləri və onu müdafiə edən yandaş mətbuat məsələnin əsl mənasına varmadan liderlərini gülünc vəziyyətə salmışlar. Onlardan biri həmin kolleji ilk səhifəsində dərc edib, fəxrlə yazır: ““Şpigel” Merkeli deyil, Ərdoğanı seçdi”. Dəhşət!

Ərdoğan da məsələnin nə yerdə olduğunu bilmir. Müşavirləri onu səhv anlatmışlar. O da meydan müraciətlərinin birində deyir:

- O “Şpigel” üz qabığında dörd liderin rəsmini dərc edib. Yəni deyir ki, dünyanı bu dörd adam idarə edir.

Doğrudan da dəhşət! Əslində tənqid, xəbərdarlıq mənası daşıyan kollej Ərdoğan tərəfindən, müşavirlərinin savadsızlığı, səriştəsizliyi ucbatından bəh-bəhlə qarşılanır. Və neçə gündür ki, Türkiyə mediası bu biabırçılıqdan söhbət açır.

Niyə məhz Ərdoğandan söz açdıq. Prezident bir daha prezident olmaq üçün yenə də dövlətin bütün gücündən, sərvətindən, vasitələrindən istifadə edir. O da, dilmancı Binəli İldırım da, kürəkəni, müşavirləri də bütün qüvvələrin səfərbər edib bu məqsəd uğrunda çarpışırlar. Media saatlarla Ərdoğanın, onun adamlarının çıxışlarını birbaşa canlı olaraq təqdim edir. Bəzən isə bu canlı yayımlarda gözlənilməz hadisələr baş verir.

Əlbəttə, Ərdoğanın çıxışları hazır mətnlərin oxunması hesabınadır. Yəni o səhnəyə çıxır, qarşısındakı monitorda çıxışına mətni görünür, üzündən oxuyur və hamıya elə gəlir ki, “sinədən söyləyir”. Amma o gün monitor dondu. Elə Ərdoğan da dondu. Özü də mətnin çox çətin anında - iqtisadiyyatdan danışarkən. Uzun-uzun susub, monitora baxdı. Olmadı. Bu işlə məşğul olanı axtardılar. Xəbər gəldi ki, namaz qılmağa gedib. Beləliklə, çıxış yarımçıq qaldı.

Ərdoğanın müşavirləri də, özü də sanki yaddaş burulğanına düşüb. Məsələn, o, deyir: İzmirdə təyyarə limanını kim yaratdı? Biz yaratdıq, AK parti yaratdı”.

Əslində bu hava limanı 1975-ci ildə yaranıb. Yəni AKP hakimiyyətə gəlməzdən təxminən 17 il (!) əvvəl.

Daha sonra Spartada, Süleyman Dəmirəlin vətənində “Spartada universiteti biz yaratmadıqmı?”

Yox! Bunlar yaratmayıb. Bunlar hakimiyyətə 2002-ci ildə gəliblər. Spartadakı Süleyman Dəmirəl Universiteti isə 1992-ci ildə, yəni 10 il əvvəl yaradılıb.

Daha bir misal:

- Bu kommunistlər körpüləri əcnəbilərə satmaq istəyirdilər. Rəhmətlik Turqut Özal imkan vermədi.

Əslində hər şey tərsinə olub. O illərin görüntüsünü yenidən canlandırdılar. Körpüləri Turqut Özal satmaq istəyib, digər partiyalar mane olub.

Ərdoğanla bağlı belə misalların sayı-hesabı yoxdur. Bir daha seçilmək üçün bütün yollara baş vururlar. Seçkilərə isə cəmi bir neçə gün qalıb. Dərin iqtisadi böhran keçirən Türkiyənin gələcəyi kimi əlində olacaq? İndi bütün dünyanı bu maraqlandırır. Elə bizi də! Bir neçə gündən sonra Türkiyə hansı siyasi qüvvələr tərəfindən idarə olunacaq? Bu ağır iqtisadi, siyasi vəziyyət necə həll olunacaq?

Nə qalıb ki? Cəmisi bir neçə gün…

MÜƏLLİFİN DİGƏR YAZILARI
Robert Koçaryan ilk mitinqini təyin etdi 6 May 2021, 23:06 İki sərbəst güləşçimiz Olimpiya yarışında bürünc uğrunda yarışacaq 6 May 2021, 22:57 Buraxılış imtahanında maksimum bal toplayan yeganə şagird odur - FOTO 6 May 2021, 22:38 Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTO 6 May 2021, 22:14 Nazir canlı yayımda sualları cavablandıracaq 6 May 2021, 21:43 Avropa İttifaqı çevik hərbi qüvvələr yaradacaq 6 May 2021, 21:35 Erməni nazir: “Mən türk mallarının satışına qadağa söz verməmişəm” 6 May 2021, 21:26 “Neftçi” çempion oldu - FOTO 6 May 2021, 21:19 Rio-de-Janeyro metrosunda atışma - 25 nəfər öldü 6 May 2021, 21:11 Türkiyə konsulluğu 7 ildən sonra fəaliyyətini bərpa etdi   6 May 2021, 21:00 ABŞ Ukraynanın NATO üzvlüyünə dəstək verdi 6 May 2021, 20:47 Cüdoçumuz “Böyük dəbilqə”də bürünc medal qazandı 6 May 2021, 20:38 Nazirlik çirkab suya görə “Azərsu” ASC-ni ittiham etdi 6 May 2021, 20:21 Samir Nuriyev iclas keçirdi - FOTO 6 May 2021, 20:07 Deputatdan evlənmək istəyənlərə şad xəbər - “Toylarla bağlı yeni standartlar yaranacaq” 6 May 2021, 20:00 Dövlət Agentliyi: Qazilərin protezlə təminatı üçün bütün tədbirlər görülür 6 May 2021, 19:52 Mustafa Cengiz namizədliyini geri götürdü 6 May 2021, 19:44 Saç tökülməsini dayandıran effektiv YOLLAR 6 May 2021, 19:37 Bu bankların əmanətçilərindən ərizə qəbulu başa çatdı 6 May 2021, 19:30 Məşhur restoranlar cərimələndi - SİYAHI 6 May 2021, 19:22 Sabirabadda sirkə turşusu içən qadın xəstəxanada ÖLDÜ 6 May 2021, 19:15 Nazir AzTU-ya yeni prorektor təyin etdi - FOTO 6 May 2021, 19:08 Milli Məclisdə görüş - FOTO 6 May 2021, 19:01 Səfir: “Qazaxıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib” 6 May 2021, 18:54 ATƏT sədri Azərbaycanın erməni diversantlarını azad etməsini alqışladı 6 May 2021, 18:47 “Qarabağla bağlı razılaşmaları yerinə yetirməyə hazırıq” - Paşinyan 6 May 2021, 18:40 “Twitter”in işində problem yarandı 6 May 2021, 18:27 Xarici diplomların tanınması üçün müraciət metodu sadələşdirildi 6 May 2021, 18:20 Gömrük Komitəsi bayram günləri də işləyəcək 6 May 2021, 18:14 Buraxılış imtahanlarının nəticələri AÇIQLANDI 6 May 2021, 18:07 Qətərin maliyyə naziri həbs olundu 6 May 2021, 18:00 Məktəblərin çağırışaqədərki hazırlıq rəhbərləri ilə müzakirə aparıldı 6 May 2021, 17:54 Dolların sabaha olan məzənnəsi 6 May 2021, 17:48 Saakaşvili seçkilərdə iştirak üçün Gürcüstana qayıdacaq 6 May 2021, 17:42 Bakının mərkəzi küçələrinin birində hərəkət məhdudlaşdırılacaq 6 May 2021, 17:36