Modern.az

Minlərlə yad adam yığışıb yetim oğlanı evləndirdi

Minlərlə yad adam yığışıb yetim oğlanı evləndirdi

Dünya

Bu gün, 00:18

Çində dağ kəndində yaşayan 24 yaşlı gənc internet vasitəsilə tanımadığı insanları toyuna dəvət edib və gözlənilmədən ölkənin müxtəlif bölgələrindən minlərlə qonaq toplayıb.

Modern.az xəbər verir ki, Yunnan əyalətinin sakini Syu Çenhun valideynlərini və nənəsini erkən yaşda itirdiyi üçün toyunda az adamın iştirak edəcəyindən narahat olub. O, 2026-cı il oktyabrın 25-də sosial şəbəkədə dəvət paylaşaraq insanları toyuna çağırıb.

Gənc tekstil fabrikində, çatdırılma xidmətində və ictimai iaşə sektorunda çalışaraq toy üçün 167 500 yuan (təxminən 42 min 695 manat) toplayıb.

Onun durumu minlərlə insanı təsirləndirib. Bəziləri toy evini pulsuz bəzəyib, digərləri avtomobil, məişət texnikası, bərbər və vizajist xidmətləri təqdim edib. Sıçuan əyalətindən olan fermer isə 20 min yuan (təxminən 5098 manat) dəyərində öküzlər hədiyyə edib.

Toy üçün təxminən iki ton toyuq əti hazırlanıb. Qonaqlara gecə saat 02:00-dan sonra da yemək verilib.

Tədbirə gələnlərin sayı o qədər artıb ki, toy bəyin həyətindən qonşu kəndin mədəniyyət meydanına köçürülüb. Yerli hotellərdə isə boş yer qalmayıb.

Təşkilatçılar tanımadıqları şəxslərin pul hədiyyələrini qəbul etməyib, yalnız yaxın qohumların təqdim etdiyi zərfləri götürüblər.

Yerli hakimiyyət orqanları tədbirdə təhlükəsizliyi təmin etmək üçün xilasediciləri, yanğınsöndürənləri və rabitə xidmətlərini cəlb edib. Turizm idarəsi isə toy üçün bölgəyə gələn qonaqlara yerli görməli yerlərə girişdə endirimlər təklif etməyi müzakirə edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri