Modern.az

Üç ay əvvəl Sakit okeanda itən uşaqlar sağ tapıldı

Üç ay əvvəl Sakit okeanda itən uşaqlar sağ tapıldı

Dünya

Bu gün, 00:23

Sakit okeanda təxminən üç ay köməksiz qalan, aralarında iki uşağın da olduğu beş nəfər xilas edilib. Daha dörd nəfərin axtarışları isə davam edir.

Modern.az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, doqquz nəfər iyulun sonunda Mikroneziyaya məxsus Murilo adasından qonşu Ruo adasına yola düşüb. Təxminən bir saat davam etməli olan səfər zamanı qayıq fırtınaya düşüb.

Güclü külək qayığı marşrutundan çıxararaq 3 400 mil uzaqlığa, Kiribatinin tərkibindəki Fanninq adasına aparıb. Üç ay sonra yerli sakinlər itkin düşənləri görüblər.

Sağ qalan beş nəfər bazar günü xilas edilib. Onlar hazırda yerli kilsənin pastorunun himayəsindədir. Həkimlər ilkin müayinə aparıb və onların daha ətraflı müalicə üçün ən yaxın tibb mərkəzinin yerləşdiyi Kiritimati adasına təcili köçürülməsini tövsiyə ediblər.

Xilas edilənlər hadisə barədə hələ ictimaiyyətə açıqlama verməyib və şəxsi həyatlarına hörmətlə yanaşılmasını istəyiblər.

Mikroneziyalı siyasətçi Aleksandr Narrun beş nəfərin xilas edilməsinə görə təşəkkür edib və itkin düşən digər dörd nəfərin də tapılması üçün dua etdiyini bildirib.

O, həmçinin Mikroneziya prezidentinə müraciət edərək vətəndaşların vətənə qaytarılması üçün Kiribati hökuməti ilə diplomatik danışıqlara başlanılmasını istəyib.

Digər dörd sərnişinin taleyi hələlik məlum deyil.

Sizə yeni x var
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri