Modern.az

Rusiya Zaporojyedə sığınacağı vurdu, 18 nəfər öldü - VİDEO

Rusiya Zaporojyedə sığınacağı vurdu, 18 nəfər öldü - VİDEO

Dünya

Bu gün, 22:09

Rusiya ordusu Zaporojye vilayətinin Komışuvaxa qəsəbəsinə silsilə hava zərbələri endirib. Hücum zamanı humanitar yardımın paylandığı məktəb də vurulub. İlk zərbədən sonra Rusiya qüvvələri yenidən hücum edərək insanların olduğu sığınacağa daha 9 aviasiya bombası atıb.

Modern.az Ukrayna mediasına istinadla bildirir ki, son məlumatlara görə, 18 nəfər həlak olub, 5 nəfər yaralanıb, 27 nəfər isə itkin düşüb. Həlak olanlar arasında xilasedicilər də var.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, hadisə yerində xilasetmə işləri davam edir, dağıntılar altında qalan şəxslər axtarılır. Əraziyə hərbçilər, xilasedicilər və xüsusi xidmət əməkdaşları cəlb olunub.

Zelenskinin sözlərinə görə, Rusiya hərbçiləri binanın humanitar məqsədlə istifadə edildiyini bilirdilər. Çünki burada yerli sakinlərə hər həftə yardım paylanırdı.

Prezident hücumu Rusiyanın sülh və gərginliyin azaldılmasında maraqlı olmadığının növbəti sübutu adlandırıb və beynəlxalq ictimaiyyəti sərt reaksiya verməyə, Ukraynaya dəstəyi gücləndirməyə çağırıb.

Zaporojye Şəhər Şurasının katibi Regina Xarçenko isə bildirib ki, qəsəbəyə azı 9 idarəolunan aviasiya bombası atılıb. Onun sözlərinə görə, Rusiya qüvvələri əvvəlcə zərbə endirir, daha sonra isə xilas olmağa və başqalarına kömək etməyə çalışan insanları hədəf alır.

Sizə yeni x var
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri