Modern.az

Vensin Hellouin kostyumu gülüş hədəfinə çevrildi

Vensin Hellouin kostyumu gülüş hədəfinə çevrildi

Dünya

Bu gün, 21:05

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Hellouin bayramında “Harri Potter” filmindəki Hoqvarts məktəbinin direktoru Albus Dambldorun obrazında görünüb. Onun kostyumu sosial şəbəkə istifadəçilərinin istehza və tənqidinə səbəb olub.

Modern.az xəbər verir ki, yayılan görüntülərdə Vens iyul ayında dünyaya gələn kiçik oğlu Aleki qucağında saxlayır. Vitse-prezident uzun ağ saçlı parik və sehrbaz mantiyası geyinib. Oğlu isə uzunqulaqlı papaqda ev elfi Dobbini canlandırıb.

“Salam, dostlar! Bu, kiçik elf Dobbini qucağında tutan vitse-prezident Dambldordur. Hellouin bayramınız mübarək! Əylənin, ehtiyatlı olun və çoxlu konfet yeyin”, – deyə Vens bildirib.

Lakin sosial şəbəkələrdə onun obrazına münasibət birmənalı olmayıb. İstifadəçilərdən bəziləri vitse-prezidenti sərt tənqid ediblər.

“Cey Di Vens sözün əsl mənasında antirekordlarını yeniləməkdə davam edir”, – deyə şərhlərdən birində yazılıb.

Bəzi istifadəçilər Vensin əvvəllər də parik taxdığını xatırladaraq onun oxşar obrazda çəkilmiş köhnə fotolarını paylaşıblar.

Şərhçilərdən biri isə “Bu adam heç vaxt prezident olmayacaq” fikrini səsləndirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri