19 Oktyabr 2021, Çərşənbə axşamı
17 İyul 2018, 13:50 | Ana Səhifə - Yazılar - Şahmat taxtası dama-dama və Afrika yığması qarabala...
Şahmat taxtası dama-dama və Afrika yığması qarabala...

Vüsal Bağırlı


Mənim ilk dünya çempionatım Meksikada başladı. Fubola hədsiz marağım da məhz o dövrdən start götürür. Həmin birincilikdə sanki sehrli aləmə düşmüşdüm. Meydanlarda kimlər yox idi, Zikolu, Sokratesli Braziliya, Platinili Fransa, Linekerli İngiltərə, Rumeneggeli Şumaxerli Almaniya, Butraginyolu İspaniya, Altobellili İtaliya və əlbəttə ki, turnirin parlayan ulduzu, dünya futbolunun əfsanəsi çılğın, əhlikef, qeyri-adi Dieqo Armando Maradona.

O mundialdan sonra daha 7 çempionat keçirildi. Fəqət, heç biri mənimçün sombrerolu “Meksika 86” qədər maraq doğurmadı.

Beləliklə, daha bir dünya çempionatı da arxada qaldı. Birincilik lap əvvəldən favoritlərin aşkar fiaskosunu anons etdi. Hollandiya, İtaliya, Çili kimi özünü tarixən sübut etmiş yığmalar ümumiyyətlə final mərhələsinə düşə bilmədilər. Üstəlik, siyasi səbəblərdən, İngiltərə yığması da turniri boykot edəcəyi ilə hədələdi.

Lakin, istənilən halda yarışma kifayət qədər yüksək standartlarla təşkil olundu, keçirildi və sona çatdı.

 

Yarışma ərzində, sensasiyalar davam etdi. Son dünya çempionu, adı gələndə rəqiblərinin dizlərini əsdirən Almaniya yığması tarixində ilk dəfə qrup mərhələsini adlaya bilmədi. Messili Argentina qrupu güc-bəlayla keçsə də, sonra büdrədi. Pireney komandaları səkkizdəbirdə dayandılar. “Sambaçı”lar isə 4/1-də “qırmızı şeytanlar”a uduzdular.

Bəs hansı komandaların oyunu xoş gəldi? Subyektiv fikrimdir, mən Kolumbiya, Yaponiya, Belçika, Danimarka və əlbəttə ki, könülləri fəth edən Xorvatiyanı daha çox bəyəndim.

Təcrübə göstərdi ki,  çempionatda praqmatik futbol, hesablanmış “ölü” oyun tərzi,  baxımlı hücum futboluna qalib gəldi. Risk faktoru minimuma endi, pressinq sahəsi daraldı, komanda şəklində meydançanın hər millimetri, santimetri uğrunda mübarizə daha da artdı.

Dözüm, iradə, psixoloji təzyiq və yüksək konsentrasiya amili, hansı yolla olur-olsun qələbə qazanma düşüncəsi, simulyasiya ön plana keçdi.

Mundial həm də nəyi aşkara çıxardı!?  Əgər əvvəllər iradlar yalnız oyunun hakiminə ünvanlanırdısa, indi tənqidlər həm də “VAR” sisteminə yönələcək. Bir sıra oyunlar göstərdi ki, bu sistemin köməyi ilə belə yenə ziddiyyətli qərarlar verilir.

Yerli tamaşaçılar futbol yığmaları ilə yanaşı, bizə yaxın olan ölkələrin hakimlərini, Özbəkistanlı Rövşan İrmatovun və türk Cüneyt Çakırın da performansını maraq və qibtə hissi ilə izlədilər.

Qəfləti sual çıxır, bəs niyə bizdə o əjdahadan yoxdur? Bəli, yığmamızın yüksək səviyyəli turnirlərdə çıxış ehtimalından onsuz da əlimizi tamamilə üzmüşük. Elə isə, heç olmasa futbol ədaləti təmsilçilərimiz bizi sevindirələr!? Heç olmasa onların səsi  bu cür yüksək səviyyəli turnirlərdən gələ!?

1966-cı il çempionatında Tofiq Bəhramov başqa ölkəni təmsil etmişdisə belə, onun həlledici oyuna,  mötəbər final matçında təyinatına, həlledici epizoddakı mübahisəli qərarına ( ziddiyyətli olsa belə) görə indiyədək də qürur hissi keçiririk.

Rusiya- 2018 həm də, digər qitə yığmalarının Avropa yığmalarından səviyyə, taktikii-texniki göstəricilər, oyun hazırlığı cəhətdən açıq-aşkar geri qaldığını, rəqabətdə uduzduğunu göstərdi. Ümumiyyətlə, 2002-ci ildən sonra keçirilən bütün dünya çempionatlarında birmənalı olaraq Avropa komandaları qalib gəlir.

Burada böyük bir dövrün, Messi-Ronaldo rəqabətinin başa çatdığına da böyük təəssüflə şahidlik etdik. Sanki, bunu anlayan portuqaliyalı da, hələ turnir başa çatmamış illərlə tər tökdüyü, dalbadal Çempionlar Liqasının kubokunu qaldırdığı klubunu dəyişərək, başqa bir məşhur komandaya transfer oldu.

Daha çox,  snayperlə vurulubmuş kimi meydana sərilib əzablar içində qovrulmağı və ekstravaqant saç düzümü ilə yadda qalan Neymar da ümidləri doğrultmadı. Artıq yeni fitbol erasının üfüqündə, Mbappelərin, Kintanaların, Qolovinlərin, Dele Allilərin silueti görünür...

Şıdırğı yağışınlı mükafatlandırma mərasimində, leysan altında öz oyunçularını  təbii hərarətlə, sevgiylə salamlayan Fransa və Xorvatiya prezidentləri, Pussy Riotun gözlənilməz aksiyasından qanı qaralmış, üzündən zəhrimar yağan Putinlə təzad təşkil edirdilər.

Bəli, çempionat sona çatdı, lakin, milyonlarla azarkeş hələ də mübahisə etməkdə davam edir -  görəsən hansı yığma güclüdür, forması şahmat taxtası dama-dama, yoxsa, Afrika yığması qarabala!? 

İlham Əliyev MEDİA işçilərinin sayını azaltdı 19 Oktyabr 2021, 15:43 Qrip və koronavirusa eyni anda yoluxma RİSKİ 19 Oktyabr 2021, 15:38 Prezident fərman İMZALADI 19 Oktyabr 2021, 15:34 II Qarabağ Müharibəsinə görə ölən erməni məşhurlar - SİYAHI 19 Oktyabr 2021, 15:29 İlham Əliyevdən Məhərrəm Əliyevlə bağlı SƏRƏNCAM 19 Oktyabr 2021, 15:21 Bütün hədəflərimiz reallıqda öz əksini tapır 19 Oktyabr 2021, 15:16 Azad edilmiş rayonların baş planı Prezidentə təqdim ediləcək - RƏSMİ 19 Oktyabr 2021, 15:12 Prezident sabiq deputatla bağlı sərəncam VERDİ 19 Oktyabr 2021, 15:06 Nazir Kukla Teatrının direktorunu İŞDƏN ÇIXARDI 19 Oktyabr 2021, 15:00 “Ata Abdullayev məndən “iPhone 11” istədi” - MƏHKƏMƏ 19 Oktyabr 2021, 14:54 Sahibə Qafarova beynəlxlq konfransda iştirak edəcək 19 Oktyabr 2021, 14:48 11 il müəllim işləyən qadının “patı” istifadə etdiyi üzə çıxdı - VİDEO 19 Oktyabr 2021, 14:42 Narkotikə görə daha 12 nəfər saxlanıldı 19 Oktyabr 2021, 14:36 Ruslan Əliyev medianın suallarını cavablandıracaq 19 Oktyabr 2021, 14:30 Vəzifəli şəxslərdən pul tələb edən jurnalistlərin işi məhkəmədə 19 Oktyabr 2021, 14:25 Küçədə tapılan uşaq valideynləri tərəfindən döyülüb? - RƏSMİ 19 Oktyabr 2021, 14:20 ABŞ-dakı körpüdə Azərbaycan bayrağı - FOTO 19 Oktyabr 2021, 14:14 Gədəbəy və Şamaxıya dolu yağıb - FAKTİKİ HAVA 19 Oktyabr 2021, 14:10 Meyxanaçı siyasi qafiyələrə görə həbs edilib? - DİN-dən iddialara REAKSİYA 19 Oktyabr 2021, 14:05 Zooparka gedənlərin sayı 5 min nəfər olub, məktəblər niyə bağlansın?! 19 Oktyabr 2021, 14:04 Botanika İnstitutuna direktor əvəzi təyin edildi 19 Oktyabr 2021, 14:00 Ceyhun Bayramovdan Ermənistana xəbərdarlıq -  “Adekvat cavab veriləcək” 19 Oktyabr 2021, 13:54 Məktəblər yenidən bağlanır? - Nazirlikdən rəsmi cavab 19 Oktyabr 2021, 13:50 Azərbaycanda yeni televiziya kanalı yaradılacaq 19 Oktyabr 2021, 13:45 Azərbaycan Ermənistana şərtini açıqladı 19 Oktyabr 2021, 13:39 “Əl Şərq” qəzeti Azərbaycan-Qətər əlaqələrindən yazıb 19 Oktyabr 2021, 13:35 Azərbaycan Slovakiyadan minatəmizləmə maşınları gətirəcək 19 Oktyabr 2021, 13:30 Türkiyə lirəsi ucuzlaşmaqda davam edir 19 Oktyabr 2021, 13:28 Bakı ilə İrəvan arasında danışıqlar bu sənədlər əsasında APARILACAQ 19 Oktyabr 2021, 13:23 Sabahdan Bakıda bal yarmarkası başlayır 19 Oktyabr 2021, 13:18 Həkimin intihara cəhdilə bağlı RƏSMİ açıqlama 19 Oktyabr 2021, 13:12 Bütün təhdidlər puç olacaq 19 Oktyabr 2021, 13:09 Ərdoğan oktyabrın 26-da Bakıya GƏLİR 19 Oktyabr 2021, 13:06 İİV xəstələrinin 70 faizi KİŞİLƏRDİR 19 Oktyabr 2021, 13:00 Gömrük Komitəsi: Problem İran tərəfindən qaynaqlanır 19 Oktyabr 2021, 12:55