Modern.az

Ordumuzun döyüşdə şəhid olan sonuncu hərbçisi - FOTO

Ordumuzun döyüşdə şəhid olan sonuncu hərbçisi - FOTO

Aktual

Bu gün, 13:54

Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrında həyata keçirdiyi 23 saatlıq lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkənin suverenliyi bütün ərazilərdə tam bərpa olundu. Bununla da Qarabağda separatizmin mövcudluğuna son qoyuldu. Hazırda əsas təhlükə mina terroru olaraq qalsa da, cəbhə xəttində vəziyyət sabitliyini qoruyub saxlayır. 

Modern.az xəbər verir ki, düşmən atəşi nəticəsində sonuncu şəhid olan hərbçimiz, əsgəri Orucov Vüsal Xeybalı oğlu olub. Hərbçimiz 2005-ci il fevral ayının 15-də Qusar rayonu Suvacal kəndində anadan olub və orta təhsilini Suvacal kənd orta məktəbində alıb.  

O, 2023-cü il sentyabrın 30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Kəlbəcər rayonunun Aşağı Ayrım kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərinə açılan snayper atəşi nəticəsində şəhid olub.

Həmin tarixdən ötən 3 ilə yaxın müddət ərzində düşmən atəşi nəticəsində heç bir hərbçimiz şəhid olmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada