Modern.az

33 il sonra nəşinin qalıqları tapılan Kəlbəcər sakini dəfn olundu

33 il sonra nəşinin qalıqları tapılan Kəlbəcər sakini dəfn olundu

Ölkə

3 İyul 2026, 23:00

1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı itkin düşən, Vətən müharibəsindən sonra nəşinin qalıqları tapılan Mədinə Babayeva 33 ildən sonra doğma yurdunda torpağa tapşırılıb.

Moder.az "Report"a istinadən xəbər verir ki, 1905-ci il təvəllüdlü Babayeva Mədinə Rəhim qızı Kəlbəcər rayonunun Daşbulaq kənd qəbiristanlığında dəfn edilib.

Dəfn mərasimində mərhumun yaxınları, Daşbulaq kənd sakinləri, şəhid ailələri, qazilər, dövlət qurumlarının nümayəndələri və rayon ictimaiyyətinin təmsilçiləri iştirak ediblər. Mədinə Babayeva doğma kəndində son mənzilə yola salınıb, ruhuna dualar oxunub.

Qeyd edək ki, Mədinə Babayeva 1993-cü il martın 31-də Kəlbəcər rayonunun Daşbulaq kəndinin işğalı zamanı itkin düşmüşdü. Uzun illər itkin hesab olunan Mədinə Babayevanın nəşi Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının koordinasiyası ilə həyata keçirilən axtarış və eyniləşdirmə tədbirləri nəticəsində müəyyən olunaraq ailəsinə təhvil verilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada