Modern.az

Könüllü minatəmizləyənlərlə bağlı qaydalar dəyişir

Könüllü minatəmizləyənlərlə bağlı qaydalar dəyişir

Parlament

Bu gün, 11:00

Könüllü minatəmizləyənlərin sığorta haqlarının ödənilməsi, sığorta ödənişlərinin hesablanması və sığorta ehtiyatı fondunun vəsaitlərindən istifadə qaydaları təkmilləşdirilir.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən onlayn iclasında müzakirə edilən "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, könüllü fəaliyyətin iştirakçısı olan minatəmizləyənlərlə bağlanmış sığorta müqavilələrinin qüvvəyə mindiyi, istehsalat təcrübəsi (təlim) keçən tələbə və şagirdlərlə bağlı sığorta münasibətlərinin isə başladığı tarixdən etibarən sığorta haqqı 15 iş günü müddətində ödəniləcək.

Bundan başqa, büdcə ili ərzində yeni sığortalı yarandıqda, ilin sonunadək qalan müddətə uyğun hesablanmış sığorta haqlarının da yaranma tarixindən 15 iş günü ərzində ödənilməsi nəzərdə tutulur.

Dəyişikliklərə əsasən, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi növbəti müayinə müddəti göstərilmədən müəyyən edilən şəxslərə aylıq və birdəfəlik sığorta ödənişlərinin verilməsi qaydası dəqiqləşdirilir.

Layihədə həmçinin icbari sığorta olunanlar üçün birdəfəlik sığorta ödənişinin məbləğinin hesablanması mexanizmi müəyyən edilir. Bu zaman ödəniş məbləği sığorta hadisəsinin baş verdiyi tarixə ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının bir mislindən artıq olmayacaq.

Eyni zamanda, sığorta ehtiyatı fondunun vəsaitlərinin idarə olunması istiqamətləri genişləndirilir. Belə ki, sığorta haqqının gecikdirilməsinə görə hesablanan faizlərdən əldə olunan gəlirlərin fonda yönəldilməsi, həmçinin fond vəsaitlərinin risklərinin sığortalanmasına sərf olunması da təklif edilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada