Modern.az

Dünyanın ən gözəl qızı ərə getdi - FOTOLAR

Dünyanın ən gözəl qızı ərə getdi - FOTOLAR

Mədəniyyət

30 İyun 2026, 11:12

2006-cı ildə “Vogue Enfants” jurnalının onu “dünyanın ən gözəl qızı” adlandırmasından sonra dünya şöhrəti qazanmış 25 yaşlı fransız model Tilan Blondo iyunun 29-da Parisdə Ben Attal ilə ailə həyatı qurub.

Modern.az xəbər verir ki, Tilan Blondo mühüm günündən maraqlı anları Instagram hekayələrində paylaşıb. O, Parisin 16-cı dairəsinin meriyasında keçirilən nikah mərasimindən görüntülər də yayımlayıb.

Toydan əvvəl model hazırlıq prosesini də izləyicilərinə göstərib: geyim seçimi, saç düzümü və makiyaj mərhələlərini paylaşıb.

Blondo toyun xüsusi dördayaqlı qonağını – itini də təqdim edib. İt bu münasibətlə qara-ağ smokinqlə geyindirilib.

Model həmçinin uzun gəlinliyini də nümayiş etdirib.

Xatırladaq ki, Tilan Blondo modellik karyerasına 4 yaşında başlayıb. O, Jean Paul Gaultier, Dolce & Gabbana və Hugo Boss kimi dünyanın aparıcı moda markaları ilə əməkdaşlıq edib. Hazırda da modellik fəaliyyətini davam etdirir və IMG Models agentliyi ilə çalışır.



 

Sizə yeni x var
Keçid et
Rusiya Xəzərdə hərəkətə keçdi - Nə baş verir?