09Oktyabr | Ana Səhifə - Yazılar - 8-ci reydlə irəli və yaxud qalib gəlmək olardımı?!
8-ci reydlə irəli və yaxud qalib gəlmək olardımı?!

Vüsal Bağırlı

 

“Qarabağ”-“Arsenal” oyununa saatlar qala, qarşılaşmaya bilet almadığıma görə təəsüflənməyə başlayırdım ki, telefonumun zəngi dalağımı xoş mənada gizildətdi.

Zənnimdə və gümanımda yanılmamışdım. Dostum oyuna bilet əldə etdiyini və dəvətli olduğumu muştuluqladı.

Beləliklə, 9-un yarısı “Qara Qarayev” metrostansiyası yanında, Bakı Olimpiya Stadionuna artıq 8-ci reydinə çıxan deyingən taksi sürücüsüylə sövdələşib üzü meydançaya istiqamətləndik.

Oyuna onca dəqiqə gecikib, vurulan ilk qolu qaçırsaq da, kifayət qədər maraqlı və keyfiyyətli oyun izlədik.

Əvvəlcədən deyim ki, keçən il daha məzmunlu görünən “Qarabağ”ın oyununda aşkar geriləmə göz qabağında idi. Fəqət, biz gələcəyə nikbin baxırdıq.

Bəli, son turlara nəzər yetirdikdə, beynəlxalq arenadakı ölkə birinciliklərində və Çempionlar Liqasının son turlarında baş tutan gözlənilməz nəticələr gözümüzdən qaçmamışdı.

Artıq dünya futbolunda, klublar arasındakı qüvvələr fərqinin sıxıldığını, kiçilib, azalaraq görünməz olduğunu müşahidə edirik. Qüvvələrin, güclərin sürətlə bərabərləşməsi prosesi gedir.

İndi sıradan, adsız-sansız istənilən klub, nəhənglərlə başa-baş yarışmaya girə, avtoritetlərdən, brend klublardan xal qoparda bilir.

Futbol oyunu onsuz da qeyri-adiliklərlə dolu bir oyundur. İndiki vəziyyət isə onu daha da gözlənilməz edir.

Bir gün əvvəl baş tutan oyunlar da bunu sübut edirdi. “Kral klubu”  “Real”ın Rusiyanın Ordu İdman Klubuna uduzması, “Bavariya”nın isə “Ayaks”ın daha yaxşı göründüyü oyunda heç-heçə ilə kifayətlənməsi, bizi də yaxşı nəticəyə ümidləndirirdi.

Lakin oyun,  “Qarbağ”dakı bəzi xoşagəlməz məqamları aşkara çıxardı:

Komandanın mübarizə gücü yalnız bir hissəyə kifayər edir.

İnadkarlıq yox dərəcəsində, mübarizə əzmi aşağı, pressinq zəifdir.

Hücum dişsiz, müdafiə xətti etibarsız, transfer siyasəti yararsız görünür. Oyunçular yorğundur.

Bəs  problem nədədir?

Əvvəla, ölkə çempionatında mübarizə, rəqabət yox dərəcəsindədir. Klubların maliyyə vəziyyəti və güc səviyyəsi stabil deyil.

İkincisi, Qurban Qurbanovun “bir əldə iki qarpız” məntiqi ilə həm yığmaya, həm də Qarabağa rəhbərlik etməsi müasir futbol adına ən səhv addımdır.

Bu taktika vaxtı ilə, keçmiş Sovetlər birliyində uğur qazanmışdı. Belə ki,  SSRİ yığmasında əsasən, Kiyev “Dinamo”çuları mütləq əksəriyyəti təşkil edirdilər. Bu klubun əfsanəvi baş məşqçisi Valeri Lobanovski həm də yığmaya rəhbərlik edirdi.

Bizim variantda isə, bu üsul tamamilə yararsızdır, işlək deyil və müasir futbolun tələblərinə cavab vermir.

İndi dünyada, bu cür geridə qalmış taktika ilə işləyən ölkə yoxdur.

Bu yanlışı aradan qaldırmaq və Qurbanovu “iki yoldan birini seç” prinsipi ilə yalnız bir vəzifədə saxlamaq lazımdır.

Buna görə də, keçən il “Atletiko” Madridlə başabaş mübarizə aparan “Qarabağ”, indi “Sportinq” və “Arsenal” qarşısında zəif və aciz görünür.

Üstəlik də, daxili çempionatın azarkeşsiz, sönük, rəqabətsiz oyunlarından sonra, klubun beynəlxalq əhəmiyyətli vacib oyunlara köklənməsi uğursuz alınır.

Ukrayna Azərbaycanlıları Radası ölkə ictimaiyyətinə müraciət etdi – “Təxribatlara uymayın” 19 May 2019, 14:04 V Respublika fənn müsabiqələrinin ilk mərhələsi keçirilib   19 May 2019, 13:37 İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib   19 May 2019, 13:28 Sabahın HAVASI: Dolu düşmə ehtimalı var 19 May 2019, 12:54 Şamaxıda “Mercedes”aşdı - Yaralılar var 19 May 2019, 12:33 Gözlər yoldan yığılarmı... - XVII YAZI 19 May 2019, 12:15 Dilqəm Əsgərovun oğlundan Şəmkirin icra başçısına İTTİHAM: “Hansı qayğıdan danışırsınız?!”   19 May 2019, 11:51 Deputat Vahid Əhmədova ağır İTKİ 19 May 2019, 11:44 Bakıda ticarət mərkəzində yanğın olub 19 May 2019, 11:13 Hondurasda təyyarə qəzası: 6 ölü 19 May 2019, 11:02 Adı özündən çox yaşayacaq şair… 19 May 2019, 10:57 Məhşur rejissor: “İlk işim tualet təmizləmək oldu” - MÜSAHİBƏ 19 May 2019, 10:49 Gürcüstanda seçkilər keçirilir 19 May 2019, 10:41 Ermənilər cəbhədə təxribatlara davam edir 19 May 2019, 10:32 Azərbaycanda çəkilən “Stalinin qaranlıq keçmişi” filmi 4 festivalda uğur qazanıb 19 May 2019, 10:24 Ölüm ayağında ona xəyanət etmiş ərini arzulamışdı - 29 yaşında dul qalan məşhur - FOTOLAR 19 May 2019, 10:03 Saatlıda 80 yaşlı kişi özünü güllələdi - SƏBƏB 19 May 2019, 10:01 ABŞ Azərbaycana QADAĞA qoya bilər   19 May 2019, 09:53 Bakıda ana və azyaşlı qızı itkin düşdü 19 May 2019, 09:33 Bu gün II və III qrupları üzrə qəbul imtahanı keçirilir 19 May 2019, 08:52 Bakıda 77 yaşlı qadın yanğında öldü 19 May 2019, 00:49 Elektron sənədlərin qeydə alınması proseduru dəyişib 19 May 2019, 00:33 Helikopter qəzasında iki nəfər öldü 19 May 2019, 00:14 “Avropa Birliyi Azırbaycanla əməkdaşlıqda maraqlıdır” - Sona Əliyeva 18 May 2019, 23:57 “Zağulba Mall”da yanğın söndürüldü – Rəsmi 18 May 2019, 23:29 “Eurovision 2019” müsabiqəsi başa çatdı - Niderland təmsilçisi qalib olub 18 May 2019, 23:09 İnam Kərimov Goranboyda  fermerləri dinlədi - FOTO 18 May 2019, 22:53 Zağulbadakı yanğında 2 FHN əməkdaşı xəsarət aldı 18 May 2019, 22:36 Neft hasilatının azaldılması üzrə OPEK+ razılaşmasının müddəti uzadılır 18 May 2019, 22:12 Çingiz Mustafayevdən dünya azərbaycanlılarına müraciət - VİDEO 18 May 2019, 21:49 Qum fırtınası səbəbindən şagirdlər təxliyə edildi 18 May 2019, 21:28 Azyaşlı yol qəzasının qurbanı oldu 18 May 2019, 21:07 Bakıda ticarət mərkəzində yanğın: Xəsarət alanlar var - VİDEO 18 May 2019, 20:47 Penitensiar Xidmət təkzib etdi: Cərimə təcridxanasında deyil 18 May 2019, 20:32 Oqtay Əsədov Zelenskinin andiçmə mərasiminə qatılacaq 18 May 2019, 20:18