Modern.az

Hörmüzdə gəmiyə hücum oldu

Hörmüzdə gəmiyə hücum oldu

Dünya

14 Sentyabr 2026, 00:01

Hörmüz boğazından keçən bir gəmiyə mərmi atılıb.

Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarətinin Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

"Ekipajın vəziyyəti, zərərin qiymətləndirilməsi və ətraf mühitə təsiri hazırda məlum deyil", - məlumatda qeyd olunub və bildirilib ki, hücumdan sonra gəmidə yanğın baş verib.

Əlavə edilib ki, yerli səlahiyyətlilər hadisə yerindədir və ekipaj üzvlərinin təxliyəsinə kömək edirlər: "Səlahiyyətlilər araşdırma apardığı müddətdə gəmilərə keçidi ehtiyatla həyata keçirmək və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunur".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana misli görülməmiş hücum - Hazırlıqlar başladı!