“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland yeni rekorda imza atıb.
Modern.az xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 4-cü turunda “Mançester Yunayted”ə qarşı keçirilən derbidə komandasına qələbə qazandıran yeganə qolu vurub. "Squawka" nəşrinin məlumatına görə, bu, Haalandın Premyer Liqada Mançester derbilərində 9-cu qolu olub. O, bu göstəriciyə cəmi 8 oyunda çatıb.
Bununla da 25 yaşlı hücumçu Mançester derbilərində ən çox qol vuran futbolçu olub. Haaland “Mançester Siti”nin əfsanəsi Serxio Aqueronu geridə qoyub. Argentinalı 13 derbidə 8 qol vurub. Üçüncü pillədə isə “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi qərarlaşıb. O, 21 oyunda 8 dəfə fərqlənib.
Qeyd edək ki, Haaland 2022-ci ildən “Mançester Siti”də çıxış edir.